Dini radikalizm ənənəvi dəyərlərimizə təhdiddir

Press-relizlər / 02.10.2017 / 16:29

Oktyabrın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Üçüncü Tala kənd məscidi dini icmasının “Azərbaycanda İslam ənənələri” layihəsi çərçivəsində Aşağı Tala 3 saylı tam orta məktəbində “Dini radikalizm ənənəvi dəyərlərimizə təhdiddir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlham Qırtımov mövzunun və bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb.
Daha sonra çıxış edən DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin məsləhətçisi Abdulla Əfəndiyev bildirib ki, xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Onun sözlərinə görə, milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Natiq eyni zamanda bildirib ki, ölkəmizdə dini sahədə sabitlik hökm sürür və cəmiyyətimizin, xüsusilə də gənclərin radikal dini təsirlərdən qorunmasında hər birimizin üzərinə böyük məsuliyyət düşür.
A.Əfəndiyev onu da bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən, Dövlət Komitəsinin dəstəyi ilə regionlarda bu cür tədbirlər mütamadi keçirilir.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov isə çıxışında məktəblilərin dini radikalizmdən və dini fanatizimdən uzaq tutulmasında təhsilin əhəmiyyətindən bəhs edib.
Tədbirdə çıxış edən digər natiqlər dinə və dindarlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev cənablarına təşəkkürlərini bildiriblər.   
  


Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

İlahiyyatçı alimlər müraciət ünvanlayıblar

Xəbərlər
30.11.2015 / 19:20
Ətraflı oxu

Amil Cavadov: İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var

Açıqlama
16.01.2017 / 13:03
Ətraflı oxu

Multikulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi

Multikulturalizm
27.02.2016 / 10:23
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu