Dini radikalizm cəmiyyət üçün böyük təhlükədir

Press-relizlər / 02.10.2017 / 11:47

Oktyabrın 1-də Yevlax rayon Yenicə kənd məscidi dini icmasının “İslam həmrəyliyi dini ekstremizm və radikalizmə “yox” deyir” layihəsi çərçivəsində “Müasir dövrdə İslam dünyasında dini ekstremizmin yaranma səbəbləri və fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Yevlax rayon Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov, Yevlax icra başçısının Xaldan kəndi üzrənümayəndəsi Elxan Məmmədov, Xaldan bələdiyyəsinin sədri Akif Pirməmmədov, din xadimləri, dindarlar və gənclər iştrak ediblər.
Tədbiri giriş sözü ilə açan Yevlax rayon Xaldan kənd Cümə məscidi dini icmasının sədri Vaqif Xəlilov dini icmalara ayrılmış layihə çərçivəsində həyata keçiriləcək tədbirlər barədə məlumat verib və dövlətin dinə göstərdiyi xüsusi qayğıdan bəhs edib
Mövzu ilə bağlı çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Fuad Şirinov dini radikalizmin fəsadlarından bəhs edərək ona qarşı birlikdə mübarizənin vacibliyini qeyd edib. Natiq dini radikalizmin yaranma səbəbləri, yayılma metodları və onunla mübarizə üsulları barədə də tədbir iştrakçılarını məlumatlandırıb.
Çıxış edən digər natiqlər dini radikalizmin cəmiyyət üçün böyük təhlükə olduğunu vurğulayıblar.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq keçirilib.
  


Son baxılan xəbərlər

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda keçirilən ...

Press-relizlər
19.04.2018 / 16:51
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
17.10.2018 / 15:59
Ətraflı oxu

Prezident İlham Əliyev Qarabağ Atçılıq Kompleksinin açılışında iştirak edib

Xəbərlər
06.11.2018 / 10:36
Ətraflı oxu

Dövlət Komitəsində müşavirə keçirilib

Press-relizlər
02.08.2017 / 14:35
Ətraflı oxu

“Şəhadət” sənədli filmi məktəblilərə nümayiş etdirilib

Press-relizlər
05.12.2017 / 14:39
Ətraflı oxu

Bölgələrdə Xocalı faciəsinə həsr olunmuş tədbirlər keçirilib

Press-relizlər
25.02.2020 / 14:01
Ətraflı oxu