“Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 29.09.2017 / 17:08

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ağdaş rayon  Aşağı Nemətabad məscidi dini icması tərəfindən sentyabrın 29-da “İslam həmrəyliyi və İslam elm tarixində Azərbaycan məktəbi” layihəsi  çərçivəsində “Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə”  mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdaş rayon  Aşağı Nemətabad məscidi dini icmasının sədri Məhəmməd Abdurahmanov, DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşları Əlisa Fərəcov və Tural Ələkbərov, Ağdaş rayon Aşağı Nemətabad kənd  orta məktəbinin direktoru Gülnarə Kazımova və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icma sədri Məhəmməd Abdurahmanov çıxışında dini radikalizmin İslam dininin təbliğ etdiyi dəyərlərlə tamamilə ziddiyyət təşkil etdiyini və radikal şəxslərin xüsusilə gəncləri hədəf seçməsinin məqsədyönlü olduğunu bildirib. M.Abdurahmanov nəinki dövlət orqanları və din xadimlərinin,  o cümlədən cəmiyyətin hər bir fərdinin dini radikalizmə qarşı mübarizə aparmasının vacibliyini qeyd edib.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov dini radikalizmin, ekstremizmin yaranma, yayılma metodları barədə məlumat verib, ona qarşı mübarizə üsullarından bəhs edib. Bununla yanaşı o, dini radikalizmə qarşı mübarizədə xalqımızın malik olduğu milli-mənəvi dəyərlərin güclü vasitə olduğunu vurğulayıb, bu istiqamətdə Prezident cənab İlham Əliyevin xüsusi təşəbbüsü ilə genişmiqyaslı təbliğat tədbirlərinin həyata keçirildiyini bildirib.
Daha sonra mövzu ilə bağlı çıxış edən orta məktəbin direktoru Gülnarə Kazımova dini radikal şəxslərin cəmiyyətə böyük zərər vurduğunu bildirib, onların vətənpərvərliyimizə, xalqımızın adət-ənənələrinə və milli-mənəvi dəyərlərimizə hörmət etmədiklərini tədbir iştrakçılarının diqqətinə çatdırıb.
  


Son baxılan xəbərlər

Prezident İlham Əliyev: "Bizə müsəlman ölkələrindən ən çox dəstək gəlir"

Xəbərlər
22.07.2020 / 15:28
Ətraflı oxu

“İnformasiya təhlükəsizliyi və din” kitabı nəşr olunub

Kitablar
03.12.2019 / 14:34
Ətraflı oxu

Dövlət Komitəsi Kollegiyasının 2020-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunan ...

Xəbərlər
07.08.2020 / 15:51
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
11.02.2019 / 17:46
Ətraflı oxu

Şamaxıda “Karantin dövründə dini icmaların fəaliyyəti” mövzusunda onlayn tədbir keçirilib

Xəbərlər
13.08.2020 / 16:00
Ətraflı oxu

“Dini tolerantlıq dövlətin və cəmiyyətin inkişafında vacib amildir” mövzusunda beynəlxalq videokonfrans keçirilib

Xəbərlər
24.07.2020 / 17:21
Ətraflı oxu