Lənkəranda dini radikalizmə qarşı mübarizə məsələsi müzakirə olunub

Press-relizlər / 27.09.2017 / 15:09

Sentyabrın 27-də Lənkəran rayonu Qurumba kənd məscidi dini icmasının “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin rolu” adlı layihəsi çərçivəsində Qurumba kənd ümumi orta məktəbində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, Qurumba kənd orta məktəbinin direktoru Yüzbaşı Ağayev, Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev, müəllimlər, şagirdlər və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında İslam həmrəyliyinin və milli-mənəvi dəyərlərin təbliğinin dini radikalizmə qarşı mübarizədə mühüm əhəmiyyəti olduğunu bildirib. E.Həmidli ölkəmizdə yüksək tolerantlıq və həmrəylik mühitinin, etnik-mədəni müxtəlifliyin hökm sürdüyünü qeyd edib.
Qurumba kənd orta məktəbinin direktoru Yüzbaşı Ağayev çıxışında humanizm, mərhəmət və həmrəylik çağırışları ilə zəngin olan İslam dininin, islami dəyərlərin xalqımızın mədəni inkişafında müstəsna rol oynadığını vurğulayıb.
Daha sonra çıxış edən Qurumba kənd məscidi dini icmasının sədri Hacıhəsən Babayev Dövlət Komitəsinin dini radikalizmə qarşı mübarizədə apardığı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib.
Sonda  tədbir iştirakçılarının sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Zərdabda “Dini radikalizm, erkən nikah və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
28.10.2017 / 10:29
Ətraflı oxu

Mübariz Qurbanlı: “Fəaliyyətdə olan bəzi məscidlərdə nə Komitənin qeydə aldığı dini icma, nə də ...

Açıqlama
07.07.2015 / 18:28
Ətraflı oxu

Nardaranda dindarlarla görüş keçirilib

Press-relizlər
13.01.2016 / 17:15
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
22.10.2019 / 13:06
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu

Mübariz Qurbanlı: "Azərbaycanın qazandığı uğurlar Ermənistanın təcavüzkar siyasətinin ifşa olunmasında böyük rol oynayır"

Açıqlama
26.10.2018 / 09:25
Ətraflı oxu