Zaqatalada “Din, təhsil və dünyəvilik” mövzusunda seminar təşkil olunub

Press-relizlər / 26.09.2017 / 16:16

Sentyabrın 26-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala Rayon İcra Hakimiyyəti (RİH) və Zaqatala Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Zaqatala şəhəri Akademik Zərifə Əliyeva adına liseydə yuxarı sinif şagirdləri və müəllimlər üçün “Din, təhsil və dünyəvilik” mövzusunda seminar təşkil olunub.
Tədbiri giriş sözü ilə açan məktəbin direktori Kəmalə Əhmədova qeyd edib ki, gənc nəslin sağlam tərbiyəsində milli-mənəvi və dini dəyərlərimizdən səmərəli istifadə edilməlidir.
Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev rayonun dini durumu ilə bağlı məlumat verib, Zaqatalada tarixən mövcud olan dini ənənələrin qorunub saxlanılmasına diqqət çəkib.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov məruzəsində dini fundamentalizm və dini radikalizmi ortaya çıxaran səbəblər, bu səbəblərlə mübarizə yolları barədə geniş məlumat verib. Dini fanatizm, mövhumatçılıq, radikalizm və onlarla mübarizə yolları barədə danışan şöbə müdiri qeyd edib ki, dini radikalizm və dini mövhumatla mübarizədə təhsilin xüsusi rolu var və buna görə də, gənclərimiz daim öz dünyagörüşlərini artırmağa çalışmalıdırlar.
Sonda isə gənclərin mövzu ilə bağlı sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Birinci vitse-prezident Mehriban Əliyeva Gəncədə “İmamzadə” dini kompleksini ziyarət edib

Xəbərlər
15.02.2019 / 09:32
Ətraflı oxu

Masallıda "Narkomaniyanın fərdi və ictimai təhlükələri" mövzusunda seminar-treninq keçirilib

Press-relizlər
18.02.2020 / 15:33
Ətraflı oxu

Prezident İlham Əliyev Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr edilən sərgi ilə ...

Xəbərlər
17.12.2018 / 09:09
Ətraflı oxu

Xocalı soyqırımı: erməni terrorizmi İslam həmrəyliyi fonunda

İSLAM HƏMRƏYLİYİ İLİ
25.02.2017 / 11:48
Ətraflı oxu

Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biridir

Press-relizlər
30.10.2017 / 16:10
Ətraflı oxu

Müstəqil Azərbaycan - 25: multikulturalizmin və tolerantlığın bariz nümunəsi

Press-relizlər
28.04.2016 / 09:48
Ətraflı oxu