Azərbaycanda yeni “Moizələr və xütbələr” kitabı nəşr olunub

Press-relizlər / 06.09.2017 / 16:59

Din xadimlərinin dini maarifləndirmə işini aparması, milli-mənəvi dəyərlərimizi təbliği, İslam dininin mahiyyətini və prinsiplərini düzgün şəkildə çatdırması məqsədilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən “Moizələr və xütbələr” adlı kitab nəşr olunub.
Ön sözünün müəllifi Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə olan nəşrdə Azərbaycanda mövcud olan İslam məzhəbləri arasında heç bir ayrı-seçkiliyə yol vermədən, onların hamısını əhatə edən mövzular yer alıb. Kitabda "Quran" və hədislərdən, eyni zamanda təfsir kitablarından istifadə olunub, eləcə də hər həftə üçün bir neçə səhifədən ibarət xütbə verilib. Ayrı-ayrı mövzularda tərtib edilən 54 xütbə-məqalə nümunələri struktur baxımından iki hissəyə ayrılır. Birinci hissədə əsasən mövzunun dini nöqteyi-nəzərindən açıqlanması, ikinci hissədə isə ictimai əhəmiyyəti vurğulanır. Ümumi olaraq xütbələrin məzmunu İslam dininin etiqadi məsələləri, ehkam və əxlaq mövzuları, tarixi şəxsiyyətlər, müqəddəs bayramlar və günlər barədə məlumatlardan ibarətdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyinin də yer aldığı kitabda ibadətlər, İslam əxlaqının müxtəlif meyarları, halal və haramlar, süfrə və geyim mədəniyyəti, salamlaşmaq, hədiyyələşmək kimi mədəni davranış normaları ilə yanaşı, müstəqilliyimizin əbədiliyi, milli bayramlarımız, Vətən sevgisi, şəhidlik məqamı kimi mövzulara da toxunulur.
Nəşrin dini maarifləndirmənin keyfiyyətinin artırılması prosesinə, eyni zamanda, dini və milli-mənəvi dəyərlərimizin sağlam təməllər üzərində təbliğ olunmasına dəyərli töhfə olacağına ümidvarıq.
Qeyd edək ki, kitabın müəllifləri QMİ-nin Fətva və moizə şöbəsinin aparacı mütəxəssisləri İbrahim Quliyev, Ağasəid Yaqubov, Qurban Əliyev və Valeh Nəsirovdur.
 

Son baxılan xəbərlər

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
20.07.2018 / 12:38
Ətraflı oxu

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər
29.08.2018 / 11:24
Ətraflı oxu

Prezident İlham Əliyevin və Qurbanqulu Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub

Xəbərlər
22.11.2018 / 12:25
Ətraflı oxu

Qaxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
23.07.2018 / 17:30
Ətraflı oxu

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Xəbərlər
21.11.2018 / 09:46
Ətraflı oxu

Ənənəvi İslamın təbliğində dini icmaların rolu müzakirə edilib

Press-relizlər
26.01.2018 / 10:40
Ətraflı oxu