“Sülh aylığı” çərçivəsində növbəti tədbir baş tutub

Press-relizlər / 05.09.2017 / 17:40

Sentyabrın 5-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Xəzər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidində “Sülh aylığı” çərçivəsində "İslam həmrəyliyi-dünyanı sülhə aparan yol" mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin məsləhətçisi Hatəm Gülməmmədov, Xəzər Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Rövşən Quliyev, Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri Rahim Babayev və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mərdəkan qəsəbəsi "Heydər Cümə" məscidi dini icmasının sədri R.Babayev İslamın sülh və qardaşlıq dini olduğunu, bu dinin yarandığı andan insana böyük əhəmiyyət verdiyini, bəşəriyyətin sülh və əmin-amanlıq içərisində yaşamasını özündə ehtiva etdiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı H.Gülməmmədov hər zaman sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə hökm sürən sabitliyin təmin olunması üçün görülmüş işlərdən söz açaraq, həyata keçirilən bu cür maarifləndirmə xarakterli tədbirlərin İslam dininin əsl mahiyyətinin anlaşılmasına, vətəndaşların öz hüquq və vəzifələrini daha dərindən öyrənmələrinə yardımçı olacağını söyləyib.
Daha sonra Xəzər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı R.Quliyev İslamın sülhə, birliyə yüksək dəyər verdiyini, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu və İslam dəyərlərinə hər zaman vəhdət və sülh çərçivəsində yanaşdığını vurğulayıb.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Tolerantlığın Azərbaycan modeli

Multikulturalizm
16.11.2018 / 09:52
Ətraflı oxu

Qobustanda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq keçirilir

Press-relizlər
14.05.2018 / 14:49
Ətraflı oxu

“Sağlam həyat, yüksək mənəviyyat naminə narkomaniyaya “Yox” deyək”

Press-relizlər
30.03.2018 / 17:07
Ətraflı oxu

Masallıda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
30.10.2018 / 15:54
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Press-relizlər
11.03.2019 / 15:56
Ətraflı oxu

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.02.2019 / 14:44
Ətraflı oxu