Zaqatalada “İslam mədəniyyəti və müasirlik” mövzusu müzakirə edilib

Press-relizlər / 30.08.2017 / 17:09

Avqustun 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zaqatala rayonu Yengiyan kənd məscidi dini icması tərəfindən “İslam dininin mədəniyyətimizdəki yeri və rolu” layihəsi çərçivəsində “İslam mədəniyyəti və müasirlik” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, şöbənin əməkdaşı Sərxan Tahirzadə,  DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, Zaqatala Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İlqar Vəliyev, QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icmanın sədri Abdurahman Bilalov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dini icmanın sədri Abdurahman Bilalov çıxışında DQİDK-nın dəstəyi ilə icma tərəfindən həyata keçirilən bu layihənin əhəmiyyətini vurğulayıb, bu cür layihələrin dövlətin dinə qayğısının təzahürü olduğunu qeyd edib.
DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev Azərbaycan xalqının İslam dinini qəbul etdikdən sonra bu dinin daşıyıcısı olan digər xalqlar kimi İslam  mədəniyyətinin formalaşmasında və inkişafında böyük rol oynadığını bildirib,  müasir dövrdə də İslam mədəniyyəti irsinin qorunub saxlanılması sahəsində dövlətin görüdüyü işlərdən danışıb.
DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov İslam ənənələri və müasirlik, dünya mədəniyyətləri içərisində İslam mədəniyyətinin yeri  barədə məlumat verib, Azərbaycanın öz tarixi ənənələrini qoruyaraq müasir dünyaya inteqrasiya etdiyini iştirakçıların nəzərinə çatdırıb. 
QMİ-nin Zaqatala rayonu üzrə səlahiyyətli nümayəndəsi Rasim Musayev dövlət-din münasibətləri, din xadimlərinin milli-mədəni irsimizin təbliğindəki rolu barədə danışıb və bu sahədə onların üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
 


Son baxılan xəbərlər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidməti: Bundestaqın qətnaməsi qərəzlidir

Bəyanat
14.06.2015 / 16:00
Ətraflı oxu

Nizami rayonunda “Aşura mərasimləri: ənənəvilik və müasirlik” mövzusunda tədbir keçirilib

Xəbərlər
03.09.2019 / 15:30
Ətraflı oxu

“Dini radikalizm və ekstremizmin yaranma, yayılma metodlarına qarşı mübarizə” mövzusunda tədbir təşkil olunub

Press-relizlər
29.09.2017 / 17:08
Ətraflı oxu

Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
13.09.2018 / 12:48
Ətraflı oxu

Sumqayıtda “İslamda valideyn-övlad münasibətləri” layihəsi çərçivəsində növbəti tədbir keçirilib

Press-relizlər
25.05.2016 / 15:10
Ətraflı oxu

Balakəndə "Gənclərin radikal və ekstremist meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
21.02.2019 / 17:33
Ətraflı oxu