
Press-relizlər / 24.08.2017 / 18:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı avqustun 29-da Samux rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul Samux rayon Heydər Əliyev Mərkəzində saat 10:00-da keçiriləcək. Qəbulda Gəncə, Daşkəsən, Naftalan, Göygöl, Goranboy, Samux sakinləri, eləcə də bölgədə məskunlaşmış Xocalı və Kəlbəcər rayonlarından olan qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlardan Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.
DQİDK-nın bölgə şöbə müdiri: Asif Əliyev
Mob: (055) 851-89-87
Telefon: (022) 25 6-91-14
e-mail: chairman@scwra.gov.az
info@scwra.gov.az