“Radikalizm və ekstremizmə qarşı mübarizədə dindarların rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 23.08.2017 / 15:16

Prezident İlham Əliyevin 27 noyabr 2014-cü il tarixdə imzaladığı Sərəncama əsasən dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Masallı rayonu Köhnə Alvadı kənd məscidi dini icması tərəfindən avqustun 23-də “İslam həmrəyliyi radikalizm və ekstremizmə qarşıdır” adlı layihə çərçivəsində “Radikalizm və ekstremizmə qarşı mübarizədə dindarların rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Kamil Bağırov, Köhnə Alvadı kənd bələdiyyəsinin üzvü Elbəyi Cavadov, Köhnə Alvadı kənd məscidi dini icmasının sədri Mirtağı Cəfərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov açaraq dini radikalizm, ekstremizm və dini ifratçılıq haqqında məlumat verib və onlara qarşı ənənəvi İslam dəyərlərini qorumaqla mübarizə aparmaq barədə fikirlərini tədbir iştirakçılarına çatdırıb. O, dini radikalizmin fəsadlarından və gənclərin qeyri-ənənəvi dini cərəyanlar və dini ekstremist qrupların təsirindən qorunmasında dindarların və din xadimlərinin rolundan danışıb.
Köhnə Alvadı kənd bələdiyyəsinin üzvü Elbəyi Cavadov çıxışında ölkəmizdəki sabitliyin və əmin-amanlığın qorunub saxlanılmasında din xadimlərinin fəaliyyətinin mühüm rol oynadığnı qeyd edib və bu fəaliyyətin daha mütəşəkkil formada davam etdirilməsinin vacibliyini vurğulayıb.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Köhnə Alvadı kənd məscidi dini icmasının sədri Mirtağı Cəfərov, kənd ağsaqqalı Akif Həsənov və başqaları mövzu ilə bağlı çıxış ediblər.
Sonda iştirakçılara DQİDK-nın nəşri olan dini ədəbiyyat və digər çap məhsulları paylanılıb.
 

Son baxılan xəbərlər

“Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar
29.06.2017 / 16:35
Ətraflı oxu

DQİDK sədri Mübariz Qurbanlı: “Ermənilər ölkəmizin işğal olunmuş ərazilərində nəyin bahasına olursa-olsun Azərbaycan və ...

Press-relizlər
18.09.2020 / 12:23
Ətraflı oxu

“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Xəbərlər
14.09.2019 / 12:33
Ətraflı oxu

Saatlıda “Vətən mühabirəsində qazanılan qələbə tariximizin parlaq səhifəsidir” mövzusunda onlayn tədbir keçirilib

Press-relizlər
27.01.2021 / 17:09
Ətraflı oxu

Zaqatalada 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş videokonfrans keçirilib

Press-relizlər
27.01.2021 / 17:31
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu