Balakəndə “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir təşkil olunub

Press-relizlər / 21.08.2017 / 09:59

Avqustun 18-də Balakən rayonunun Beçağar kəndində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kortala kənd dini icması tərəfindən həyata keçirilən “İslam dinində Vətən sevgisi və şəhidlik” layihəsi çərçivəsində “İslamda şəhidlik anlayışı” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov, QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev çıxışında bildirib ki, doğulduğumuz və yaşadığımız Vətəni qorumaq bir azərbaycanlı və bir müsəlman kimi hər birimizin müqəddəs borcudur. Öz Vətənini sevən hər bir kəs onun uğrunda canından belə keçməyə hazır olmalıdır. Şəhidlik ən yüksək mərtəbə və vətənpərvərlik hissinin təcəssümüdür.
Tədbirdə çıxış edən QMİ-nin Balakən rayon qazısı Hacı İbrahim İbrahimov vurğulayıb ki, dinimizə görə Vətəni sevmək və onu qorumaq imandandır. Vətəni müdafiə etmək üçün düşmənə qarşı mübarizə apararaq şəhid olmaq bir müsəlmanın nail ola biləcəyi ən yüksək mənəvi mərtəbədir.
Balakən Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Fariz Nəcəfov bildirib ki, insanın doğulub boya-başa çatdığı Vətən onun kimliyinin ayrılmaz parçasıdır. Onu qorumaq milli-mənəvi borcumuzdur və yaşadığımız Vətən torpaqları qəhrəman əcdadlarımızın, Vətən uğrunda şəhid və qazi olan igidlərimizin əsəridir.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.


Son baxılan xəbərlər

Dövlət Komitəsinin mətbuat xidmətinin məlumatı

Bəyanat
17.09.2013 / 18:08
Ətraflı oxu

Sadiq Mirzəyev: “Bu ilin ölkəmizdə "Multikulturalizm ili" elan edilməsi dünyaya bir çağırışdır”

Multikulturalizm
25.01.2016 / 09:58
Ətraflı oxu

Dövlət Komitəsində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
19.01.2016 / 14:52
Ətraflı oxu

Səyyad Salahlı: “Ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar mehriban və qarşılıqlı hörmət şəraitində yaşayırlar”

Press-relizlər
20.02.2020 / 14:19
Ətraflı oxu

Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri müzakirə olunub

Press-relizlər
15.03.2017 / 17:43
Ətraflı oxu

Ağdaşda dini icmaların hesabatları dinlənilib

Press-relizlər
30.01.2019 / 15:44
Ətraflı oxu