Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti müzakirə olunub

Press-relizlər / 14.08.2017 / 10:43

Avqustun 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Şamaxı rayonu Adnalı kənd məscidi dini icması tərəfindən Çarhan kənd məscidində “Dini radikalizmə qarşı mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” layihəsi çərçivəsində ilk tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli,  Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov, QMİ-nin Şamaxı və Qobustan rayonları üzrə səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, Şamaxı RİH başçısının Çarhan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Eldəniz Süleymanov, Çarhan kənd məscidinin imamı Cavid Seyfullayev, dindarlar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından, İslam həmrəyliyinin ölkəmiz üçün əhəmiyyətindən və bu həmrəyliyin dünyaya bir nümunə olmasından danışıb.
QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev çıxışında radikalizmin gətirdiyi bəlalardan, yaratdığı çətinliklərdən bəhs edərək, həmrəylik çağırışlarının məhz bu səbəbdən zəruri olduğunu qeyd edib.
Şamaxı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı İsmayıl Manafov ölkəmizdə dini maarifləndirmə işinin yüksək səviyyədə olduğunu, dövlətimiz tərəfindən bu sahəyə daim həssas yanaşıldığını bildirib.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.

Son baxılan xəbərlər

Kürdəmirdə “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
10.12.2018 / 15:01
Ətraflı oxu

Masallıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusu müzakirə ...

Press-relizlər
14.12.2018 / 14:44
Ətraflı oxu

Dövlət Komitəsində görüş olub

Press-relizlər
14.12.2017 / 16:31
Ətraflı oxu

Masallıda “Aprel döyüşləri - böyük zəfərin başlanğıcı” mövzusunda tədbir keçirilib

Press-relizlər
03.04.2019 / 12:16
Ətraflı oxu

“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçılarına

Xəbərlər
12.07.2019 / 09:01
Ətraflı oxu

Dövlət Komitəsi sədrinin qəbul vaxtı dəyişdirilib

Xəbərlər
11.07.2019 / 09:47
Ətraflı oxu