“İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir təşkil olunub

Press-relizlər / 01.08.2017 / 17:35

Avqustun 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xətai rayonu “Əhmədli qəsəbə məscidi” dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Vasif Musayev, Samir Yoldaşov, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və axundu Murad Cəfərov, Əhmədli bələdiyyə sədri Pərviz Quliyev, Rayon İcra Hakimiyyəti başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mehman Allahverdiyev, Keşlə qəsəbəsi “Şah Abbas Cümə məscidi”nin axundu Sirac Səfərov və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri Murad Cəfərov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Vasif Musayev mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. V.Musayev  çıxışında bildirib ki, İslam dini insanları sülhə, həmrəyliyə və humanizmə dəvət edir.
Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin digər əməkdaşı Samir Yoldaşov multikultural və tolerant dəyərlərdən, dövlətimizin dinə və dindarlara qayğısından bəhs edib.
Tədbirdə çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov Azərbaycanın İslam aləmində çox böyük hörmətə malik olduğunu, Prezident cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının olduqca əhəmiyyətli, zamanın çağırışlarına cavab verən mühüm bir addım olduğunu qeyd edib.
Daha sonra Əhmədli bələdiyyəsinin sədri Pərviz Quliyevin, RİH başçısının Əhmədli qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Mehman Allahverdiyevin, Keşlə qəsəbəsi “Şah Abbas Cümə məscidi”nin axundu Sirac Səfərovun və ziyalıların “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” mövzusunda çıxışları dinlənilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.
 


Son baxılan xəbərlər

Gündüz İsmayılov: “DQİDK dini radikalizm və xurafata qarşı həm inzibati, həm də maarifçilik istiqamətində ...

Press-relizlər
25.09.2019 / 12:18
Ətraflı oxu

Sumqayıtda “Şəhidlər ölməz, Vətən bölünməz!” adlı tədbir keçirilib

Press-relizlər
16.01.2018 / 15:47
Ətraflı oxu

Qubada “Dünyəvi dövlətdə din və təhsil” mövzusu müzakirə olunub

Xəbərlər
18.11.2019 / 16:00
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəranda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:22
Ətraflı oxu

Unudulmayan tarix – mövcud təhdidlər (II hissə)

Xəbərlər
25.01.2019 / 12:13
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyi: dünən, bu gün, sabah” mövzusunda tədbir keçirilib

Press-relizlər
02.04.2019 / 17:41
Ətraflı oxu