Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dağ yəhudiləri dini icmasının üzvləri ilə görüşüb

Xəbərlər / 04.11.2014 / 15:20

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qeyri-islam təmayüllü dini icmalarla tanışlıq məqsədilə noyabrın 3-də Bakı şəhəri Dağ yəhudiləri dini icmasının fəaliyyət göstərdiyi Dağ yəhudiləri sinaqoqunda olub. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sinaqoqla yaxından tanış olandan sonra Bakı şəhəri Dağ yəhudiləri dini icmasının idarə heyətinin üzvləri ilə görüşüb. İdarə heyətinin üzvləri adından Dövlət Komitəsi sədrini səmimi salamlayan Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev icmanın fəaliyyəti haqqında geniş məlumat verib. Ölkəmizdə dinə göstərilən xüsusi qayğıdan söhbət açan icma sədri qeyd edib ki, Azərbaycan həmişə müxtəlif xalqların, millətlərin və dinlərin birgə yaşadığı, mədəniyyətlərin qovuşduğu tarixi məkan olmuşdur. Ölkədə bütün azsaylı xalqlara, dinlərə, millətlərə qarşı yüksək mədəniyyət nümayiş etdirildiyini deyən icma sədri ölkə başçısının din sahəsinə diqqət və qayğısından danışıb. O, bildirib ki, Prezident İlham Əliyev Azərbaycan ərazisində yaşayan bütün xalqların nümayəndələrinə bərabər münasibət bəsləyir: “Azərbaycanda kiçik xalq olmağımıza baxmayaraq, Prezident İlham Əliyev bizə diqqət göstərir. Dağ yahudiləri özlərinin və övladlarının taleyini Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olan İlham Əliyevə etibar edir".
Dini icmanın fəaliyyəti ilə yaxından tanış olan Dövlət Komitəsinin sədri respublikadakı dini konfessiyalara dövlət qayğısından danışaraq bildirib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri normal məcrada inkişaf edir. Ölkəmizdə istənilən dini icmanın azad fəaliyyətinə tam şərait var. Azərbaycan tolerantlıq baxımından dünyanın ən qabaqcıl ölkələri sırasındadır. Tolerantlığın təminatı üçün hökumət tərəfindən müəyyən addımlar atılıb: "İstər paytaxtda, istərsə də bölgələrdə dini münasibətlərlə bağlı təhlillər aparsaq, xristian, müsəlman, yəhudi dini icmalarının paralel şəkildə dinc yanaşı mövcud olduğunu görə bilərik".
Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Xarici əlaqələr, nəşriyyat və redaksiya şöbəsinin müdiri Nicat Məmmədlinin də iştirak etdiyi görüşdə Azərbaycanda yəhudi icmasının fəaliyyəti ilə bağlı məsələlər müzakirə olunub. 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev: “Çalışmalıyıq ki, İslam aləminin birliyini tam təmin edək”

Xəbərlər
31.05.2018 / 12:59
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı: "Məzarlıqlar və dəfn mərasiminə dair qaydalar hazırdır"

Açıqlama
24.01.2018 / 13:07
Ətraflı oxu

Tərtərdə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
19.04.2018 / 17:19
Ətraflı oxu

Azərbaycan tarixində Heydər Əliyev imzası

Xəbərlər
12.07.2019 / 09:23
Ətraflı oxu

YAP-ın mərkəzi qərargahında “Vəhdət qanımızdadır” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
05.12.2018 / 17:05
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu