Dini Komitənin yeni regional şöbələri yaradılacaq - EKSKLÜZİV

Açıqlama / 23.10.2014 / 17:45

“Hər bir rayonda icra başçısı müavininin rəhbərlik etdiyi Dini Məsələlər üzrə Komissiya fəaliyyət göstərir”. Bunu Lent.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. O qeyd edib ki, bununla yanaşı, Dini Komitənin də regionlarda şöbələri fəaliyyət göstərir. “Lakin şöbələrin sayı bizi qane etmir. Hesab edirik ki, indiki şəraitdə şöbələrinin sayını daha da artırmaq lazımdır”. Komitə sədrinin sözlərinə görə, regional şöbələrdə kadrların azlığı bəzi məsələlərin həllini yubadır. “Məsələn, Qərb bölgəsindəki şöbəmiz Gəncədə yerləşir. Həmin şöbənin əhatə dairəsi Naftalandan Qazaxa qədərdir. Bu boyda ərazini əhatə edən şöbənin cəmi dörd işçisi var. Dörd işçi ilə böyük bir ərazidə monitorinq aparmaq o qədər asan deyil”.
M. Qurbanlı onu da bildirib ki, İcra Hakimiyyətlərində fəaliyyət göstərən komissiyalar Komitənin işinə köməklik göstərir. “Biz regional şöbələrimizin sayını artırmaq istəyirik və hesab edirəm ki, artırılacaq”.
Sədr onu da vurğulayıb ki, Komitə tərəfindən dini sabitliyin olduğu bir şəraitdə qabaqlayıcı tədbirlərin görülməsi üçün bir sıra addımlar atılmalıdır: “Dini Komitənin Bakı şöbəsi mərkəzi aparatda yerləşir. 12 rayonu əhatə edən bu şöbənin cəmi dörd işçisi var. Bu isə işin keyfiyyətinə mənfi təsir göstərir. Bakı regional şöbəsi ayrıca bina ilə təmin edilməsi və işçilərinin artırılması ilə bağlı təklifimiz var”. 

Son baxılan xəbərlər

Lənkəranda “Dini radikalizm, zərərli vərdişlər və onların fəsadları” mövzusu müzakirə edilib

Press-relizlər
01.10.2019 / 17:39
Ətraflı oxu

“Xocalı soyqırımı XX əsrin faciəsidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
27.02.2018 / 15:57
Ətraflı oxu

Nardaranda “Dini radikalizm cəmiyyətdə təhlükə mənbəyi kimi” layihəsi uğurla icra olunur

Press-relizlər
13.02.2017 / 17:06
Ətraflı oxu

Quba bölgəsinin dini icma sədrləri videogörüntü vasitəsilə bir araya gəliblər

Xəbərlər
18.09.2020 / 17:17
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
06.03.2020 / 15:04
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu