Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

Kitablar / 20.06.2017 / 17:49

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2016-cı ilin yekunlarına həsr edilən “Hesabat”ını çap edib. Nəşr Komitənin 2016-cı il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.
Nəşrin “Dini qurumlarla iş”, “Dini radikalizmlə mübarizə”, “Dini maarifləndirmə işi”, “Multikulturalizm ili” və s. bölmələrində ötən il Dövlət Komitəsinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətində gördüyü işlər barədə məlumatlar və fotoşəkillər əksini tapıb.
“Hesabat”da qeyd edilib ki, 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsi tərəfindən respublikanın müxtəlif şəhər və rayonlarının icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər, dini icma sədrləri, ilahiyyatçılar, ziyalılar və ictimaiyyət fəallarının iştirakı ilə 160-dan artıq tədbir keçirilib.
Nəşrdə ötən il ərzində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş, dini radikalizmə və ekstremizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” sənədli filmi, eyni zamanda Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini ifşa edən “Vandalizm” sənədli filmi barədə məlumatlar qeyd olunub.
İllik “Hesabat”da Azərbaycanın tolerantlıq təcrübəsi və multikultural ənənələrin ölkə xaricində təbliği istiqamətində İran, İspaniya, İsveç və digər ölkələrdə keçirilən yüksək səviyyəli görüşlər və sərgilər barədə məlumatlar da yer alıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan nəşrin Dövlət Komitəsinin fəaliyyətinin ictimaiyyətə geniş şəkildə çatdırılması baxımından əhəmiyyətli olacağına ümidvarıq. 

Son baxılan xəbərlər

Lənkəranda “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
05.07.2018 / 16:31
Ətraflı oxu

Yevlaxda “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda seminar-treninq keçirilib

Xəbərlər
23.10.2018 / 16:49
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Trend-ə müsahibə verib

Müsahibələr
05.09.2018 / 15:24
Ətraflı oxu

İxtiyar Hüseynli: İlham Əliyevin “İslam həmrəyliyi” təşəbbüsü qlobal dəstək qazanır

İSLAM HƏMRƏYLİYİ İLİ
12.09.2017 / 12:31
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu

Daşkəsəndə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
12.10.2018 / 16:34
Ətraflı oxu