“Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub

Kitablar / 29.06.2017 / 16:35

Xristianların Azərbaycandakı zəngin tarixi irsini və ənənələrini işıq üzünə çıxarmaq, eləcə də ölkəmizdə tarixən mövcud olan multikultural və tolerant ənənələri təbliğ etmək məqsədilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən “Azərbaycanda Xristianlıq: keçmişdən bu günə” adlı kitab nəşr olunub. Dini icmalara maliyyə yardımının göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, çap edilmiş kitabın müəllifi Dövlət Komitəsinin Dini təhsil sektorunun müdiri Anar Əlizadədir.
Tədqiqat əsərinin “Qədim Şərq Kilsəsi”, “Pravoslavlıq”, “Katoliklik”, “Ruhani Xristianlıq”, “Protestantlıq” kimi fəsillərində qrafik, cədvəl və sxemlər əsasında ölkəmizdə mövcud olan bütün xristian konfessiyalar, cərəyanlar və dini icmaların tarixi keçmişləri, inanc əsasları, idarəetmə strukturu, etnik, say və yaş tərkibi haqqında təfsilatlı məlumat verilib.
Zəngin fotomaterialların yer aldığı nəşrin ərsəyə gətirilməsində Azərbaycan Dövlət Tarix Arxivinin, Azərbaycan SSR Nazirlər Soveti yanında Dini İşlər üzrə Şuranın müvəkkilinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dini İşlər İdarəsinin arxiv materiallarından istifadə olunub, eyni zamanda Gədəbəy rayonunun Slavyanka kəndində yaşayan duxoborlardan müsahibə götürülüb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşrin respublikamızda yaşayan xristianların dini həyatlarının işıqlandırılması və yeni tədqiqatların aparılması baxımından əhəmiyyətli olacağına ümidvarıq.     

Son baxılan xəbərlər

Azərbaycan İlahiyyat İnstitutunda “Din, hüquq və əxlaq: müqayisəli təhlil” mövzusunda seminar keçirilib ...

Press-relizlər
11.10.2018 / 09:58
Ətraflı oxu

Dini icmalara avtomobillər təqdim edilib

Xəbərlər
09.10.2018 / 16:26
Ətraflı oxu

Zaqatalada maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
09.10.2018 / 17:37
Ətraflı oxu

Aİİ-də Fələstinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüş keçirilib

Press-relizlər
11.10.2018 / 17:21
Ətraflı oxu

Səyavuş Heydərov: "Ölkəmizdə formalaşmış dövlət-din münasibətləri dünyaya nümunədir"

Xəbərlər
10.10.2018 / 18:00
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu