Prezident İlham Əliyev: “Azərbaycan bu gün dünyada multikulturalizmin mərkəzidir”

Multikulturalizm / 21.06.2017 / 17:31

“Bir çox sahələrdə Azərbaycan tərəfindən irəli sürülmüş təşəbbüslər yenilik, yeni dinamika, yeni yanaşma gətirir. Biz bəzi stereotipləri qıraraq bir çox sahələr üzrə, o cümlədən dini məsələlərin həlli işində yeni davranış formatını təqdim edirik. Təsadüfi deyil ki, Azərbaycanda bu sahədə görülən işlər, əldə edilmiş nailiyyətlər, demək olar, bütün aparıcı beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Bu sözləri Prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanın təşəbbüsü ilə başlanan və inkişaf edən müxtəlif tədbirlər, forumlar sonrakı mərhələdə beynəlxalq təşkilatlar tərəfindən də dəstəklənir. “Mən buna misal olaraq bu il keçirilmiş IV Mədəniyyətlərarası Dialoq Forumunu qeyd edə bilərəm. Biz bu Forumu bir təşəbbüs kimi irəli sürdük. Amma bu gün dünyanın aparıcı beynəlxalq təşkilatları – UNESCO, ISESCO, Avropa Şurası, Ümumdünya Turizm Təşkilatı və digər qurumlar bu Forumun təşkilatçılarıdır. Belə mötəbər tədbirlərin Azərbaycanda keçirilməsi həm bizim siyasətimizi, niyyətimizi göstərir və eyni zamanda, bütün dünyaya göstərir ki, bu gün dünyada multikulturalizmin mərkəzi olan ölkə var, bu ölkənin adı Azərbaycandır”, - deyə Prezident İlham Əliyev qeyd edib. 

Son baxılan xəbərlər

Qubada insan hüquqları aylığına həsr olunmuş tədbir keçirilib

Press-relizlər
10.06.2016 / 16:00
Ətraflı oxu

Aqil Şirinov: Azərbaycan İlahiyyat İnstitutunun tələbəsi heç vaxt cəmiyyətə xurafat danışmaz və danışmamalıdır da, ...

Müsahibələr
07.07.2020 / 10:12
Ətraflı oxu

Ağstafada “Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər” mövzusunda ikigünlük seminar-treninq öz işinə başlayıb

Press-relizlər
25.04.2018 / 18:50
Ətraflı oxu

Xalqımız zəngin milli-mənəvi dəyərlərə sahibdir

Press-relizlər
07.09.2018 / 12:00
Ətraflı oxu

Masallıda “Şəhidlər unudulmur” mövzusunda tədbir keçirilib

Xəbərlər
29.01.2019 / 16:06
Ətraflı oxu

Goranboyda “Azərbaycanda tolerantlıq həyat tərzidir” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
23.02.2017 / 15:43
Ətraflı oxu