Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 19.06.2017 / 17:06

İyunun 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Xətai rayonu "Əhmədli qəsəbə məscidi” dini icması tərəfindən “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərimiz” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbənin müdir müavini Ceyhun Əliyev, Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, şöbənin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov, “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri və axundu Murad Cəfərov, dindarlar, ziyalılar və ağsaqqallar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “Əhmədli qəsəbə məscidi” dini icmasının sədri Murad Cəfərov tədbirlə bağlı ümumi məlumat verərək, belə tədbirlərin mütəmadi təşkil olunmasının mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov dövlət başçısının dini icmalara olan diqqət və qayğısından, eləcə də dövlət-din münasibətlərinin ölkəmizdə yüksək səviyyədə təşkil edilməsindən bəhs edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib. A.Kazımov çıxışında Azərbaycanda tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşıldığını, tolerantlıq və multikulturalizmin xalqımızın həyat tərzi olduğunu vurğulayıb. O, İslam həmrəyliyinin məhz bu anlayışların məntiqi davamı olduğunu diqqətə çatdırıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev İslam dəyərlərinin milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi xalqımızın inkişafında böyük rola malik olduğunu bildirib.
Daha sonra çıxış edən Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Məhəmməd İbrahimov gənc nəslin tərbiyə olunmasında milli-mənəvi dəyərlərin xüsusi əhəmiyyətinə toxunub.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən həyata keçirilib. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

Press-relizlər
13.11.2019 / 18:01
Ətraflı oxu

Qaradağda “Dini maarifləndirmə: perspektivlər” mövzusunda tədbir keçirilib

Press-relizlər
18.04.2019 / 09:43
Ətraflı oxu

Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
23.02.2018 / 16:06
Ətraflı oxu

Cəzaçəkmə müəssisəsində “İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər
27.04.2017 / 17:01
Ətraflı oxu

Bayrağımız qürurumuz, and yerimizdir

Xəbərlər
08.11.2019 / 16:36
Ətraflı oxu

“Gənclərin dini radikalizmdən qorunması: hüquqi və mənəvi yanaşma” mövzusunda tədbir keçirilib

Press-relizlər
17.04.2019 / 15:43
Ətraflı oxu