Komitə sədri: “Azərbaycan əhalisinin 96 faizi müsəlmandır”

Açıqlama / 16.06.2017 / 18:20

“Azərbaycan əhalisinin 96 faizini müsəlmanlar, 4 faizini isə qeyri-müsəlmanlar təşkil edir. Ölkədə 2200-dək məscid, 7 sinaqoq, 14 kilsə - həm katolik, həm də pravoslav kilsələrinin icmaları fəaliyyəti göstərir. Azərbaycanın dövlət büdcəsindən hər il müxtəlif dini icmalara yardım ayrılır. Bütün bunlar dayanıqlı inkişafın göstəriciləridir”.
APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransı çərçivəsində keçirilən plenar iclasda deyib.
 M. Qurbanlı qeyd edib ki, dayanıqlı inkişafı ləngidən amillərdən biri də sürətlə silahlanmadır: “Dünyada hər il 1 trilyon 600 milyard dollar silahlanmaya sərf olunur. Bu vəsaitin 1 trilyonu yalnız NATO ölkələrinin payına düşür. Dünyada 160-ya yaxın münaqişə ocağı mövcuddur. Bu gün heç kim terrordan sığortalanmayıb”. 

Son baxılan xəbərlər

İslam həmrəyliyinə doğru

İSLAM HƏMRƏYLİYİ İLİ
07.03.2017 / 12:31
Ətraflı oxu

Dövlət aztəminatlı ailələrin dəfn xərclərinin ödənilməsinə yardım edəcək

Açıqlama
26.12.2017 / 17:29
Ətraflı oxu

Yardımlıda “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib

Press-relizlər
10.08.2017 / 18:00
Ətraflı oxu

Masallıda “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.05.2017 / 09:57
Ətraflı oxu

Lənkərandakı N saylı hərbi hissədə “Hərbi vətənpərvərlik: Silahlı Qüvvələrimiz və milli mənəvi dəyərlərimiz” mövzusunda ...

Press-relizlər
17.08.2018 / 15:26
Ətraflı oxu

Zaqatalada “Azərbaycan gəncliyinin milli-mənəvi dəyərlərdən qaynaqlanan vətən sevgisi” adlı tədbir təşkil olunub

Press-relizlər
10.10.2017 / 16:05
Ətraflı oxu