Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edildi

Kitablar / 12.05.2016 / 14:53

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin 2015-ci ilin yekunlarına həsr edilən Hesabatı çap edilib. Nəşr Komitənin 2015-ci il ərzində fəaliyyət sahələri üzrə həyata keçirdiyi tədbirləri, tətbiq etdiyi yenilikləri əhatə edir.
Nəşrdə ötən il Komitənin əsas fəaliyyətinin milli-mənəvi dəyərlərin təbliği, radikalizmlə mübarizə, respublikada dini durumun öyrənilməsi, dini qurumlarla əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın zəngin tolerantlıq ənənələrinin ölkə daxilində və beynəlxalq aləmdə təbliğ edilməsi istiqamətinə yönləndirildiyi və bu sahədə görülən işlər əksini tapıb.
Eyni zamanda, Hesabatda qeyd edilib ki, Dövlət Komitəsinin ötən il ərzində fəaliyyətinin əsas istiqamətlərindən birini radikalizmlə mübarizə təşkil edib. Bu sahədə həyata keçirilən tədbirlər silahlı qüvvələr, hüquq-mühafizə orqanları, dini icmalar və dini təhsil müəssisələrini, orta, orta ixtisas və ali məktəbləri, qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı əraziləri, cəzaçəkmə müəssisələrini əhatə edib.
Dini qurumların dövlət qeydiyyatına alınması prosesinin davam etdirilməsi nəticəsində qeydiyyata alınan dini icmalar, ölkəyə gətirilən və ya ölkədə çap olunan zərərli dini ədəbiyyatın yayılmasının qarşısının alınması istiqamətində görülən tədbirlər, Dövlət Komitəsi tərəfindən dini maarifləndirmə sahəsində çap edilən kitablar barədə məlumat, il ərzində baş tutan tədbirlər, görüşlər, xarici səfərlərlə bağlı fotoşəkillər də Hesabatda yer alıb.
Nəşr geniş oxucu kütləsi üçün nəzərdə tutulub. Media nümayəndələri Hesabata istinad edərək Komitənin fəaliyyəti barədə müxtəlif məlumatlardan istifadə edə və paylaşa bilərlər. 

Son baxılan xəbərlər

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilib

Press-relizlər
10.09.2019 / 17:53
Ətraflı oxu

“Narkomanlığa qarşı mübarizədə dini icmaların və din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər
28.02.2020 / 17:42
Ətraflı oxu

Zaqatalada “Dəyərlərimiz məktəblilərin gözü ilə” mövzusunda tədbir keçirilib

Press-relizlər
10.01.2017 / 15:00
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

Press-relizlər
15.11.2019 / 18:08
Ətraflı oxu

Dövlət Komitəsində yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

Press-relizlər
08.05.2019 / 12:52
Ətraflı oxu

Qazaxda “Uşaq hüquqları aylığı” çərçivəsində tədbir keçirilib

Press-relizlər
23.10.2018 / 09:53
Ətraflı oxu