Bərdədə “İnsan hüquqları aylığı” mövzusunda tədbir keçirilib

Press-relizlər / 31.05.2017 / 14:42

Mayın 31-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Bərdə Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “İnsan Hüquqları aylığı”  mövzusunda rayonun 6 saylı orta məktəbində tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov, rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə rayon  İmamzadə məscidi dini icmasının sədri Ramazan Hüseynov, məktəbin direktoru Elşad Məmmədov, pedaqoji kollektiv və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Eldəniz Səfərov bu cür maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb, dövlətimizin insan hüquq və azadlığı istiqamətində gördüyü tədbirlərin beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsindən bəhs edib.
Daha sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Rahib İbrahimov insan hüquq və azadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasında əks olunmasından, bu sahədə qəbul edilmiş qanunvericiliklərdən, o cümlədən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyun ayının 18-nin ölkəmizdə “İnsan Hüquqları günü” kimi qeyd olunmasından bəhs edib.
Tədbirdə Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Anar Şahbazov, Bərdə İmamzadə məscidi dini icmasının sədri Ramazan Hüseynov, Bərdə rayon 6 saylı orta məktəbin müəllimi Nürəddin Əliyev də mövzu ilə bağlı çıxış ediblər.
Çıxış edənlər ölkəmizin tolerantlıq, multikulturalizm, İslam həmrəyliyi ideyalarını dünyaya yüksək səviyyədə çatdırmasından bəhs ediblər.
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb.  


Son baxılan xəbərlər

Aprel şəhidləri qürur mənbəyimizdir

Press-relizlər
13.04.2018 / 16:48
Ətraflı oxu

Vətənpərvərlik milli-mənəvi dəyərlərimizin və Azərbaycançılıq ideologiyasının əsas elementlərindən biridir

Press-relizlər
29.08.2018 / 11:24
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İnsan Hüquqlarının İnkişafı və Qlobal Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru ...

Press-relizlər
01.05.2019 / 14:47
Ətraflı oxu

Biləsuvarda gənclərin zərərli vərdişlərdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər
09.10.2019 / 14:02
Ətraflı oxu

Naxçıvanda “Ümummilli Lider Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfrans keçirilib

Press-relizlər
07.12.2017 / 09:25
Ətraflı oxu