Masallıda “Radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib

Press-relizlər / 26.05.2017 / 17:08

Mayın 26-da Prezident cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Masallı rayonu Şərəfə kənd  məscidi dini icması tərəfindən “İslam həmrəyliyi və vəhdət” adlı layihə çərçivəsində “Radikalizm və ekstremizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov və əməkdaşları, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Masallı Rayon İcra Hakimiyyəti başçısının Şərəfə kənd ərazi dairəsi üzrə nümayəndəsinin müavini Elşən Ağababalı, Masallı rayon Təhsil Şöbəsinin (RTŞ) əməkdaşı Əkbər Mahmudov, Şərəfə kənd məscidi dini icmasının sədri Sərdar Ağababayev, ziyalılar, valideynlər,müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, radikalizm və ekstremizm hazırda dünyanın bəlasına çevrilib. Bu tendensiyanın qarşısının alınması məqsədi ilə ölkəmizdə genişmiqyaslı tədbirlər həyata keçirilir.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov isə çıxışında radikalizm və ekstremizmə qarşı aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətindən danışıb.
Masallı RTŞ-nın əməkdaşı Əkbər Mahmudov və başqaları çıxışlarında radikalizmin törətdiyi fəsadlardan danışaraq gənclərə yaxşı təhsil almaq və nümunəvi davranışa yiyələnməklə zərərli meyillərdən uzaq olmağı tövsiyə ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondu müsabiqə elan edir

Press-relizlər
22.10.2018 / 15:07
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının Trend-ə müsahibəsi

Müsahibələr
07.06.2016 / 10:07
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə bölgələrdə radikalizmlə mübarizə məsələləri müzakirə olunub

Press-relizlər
18.03.2016 / 11:43
Ətraflı oxu

“Şəhadət” sənədli filminin nümayişi olub

Press-relizlər
21.12.2018 / 17:36
Ətraflı oxu

Astarada keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
28.09.2018 / 10:37
Ətraflı oxu

"Bakı Metropoliteni" QSC-də "Şəhadət" sənədli filmi nümayiş etdirilib

Press-relizlər
28.11.2017 / 16:29
Ətraflı oxu