Lerikdə “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib

Press-relizlər / 18.05.2017 / 17:46

Mayın 18-də Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Lerik rayonu Lüləkəran  kənd məscidi dini icması “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı  Azər Həsənov, QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lerik şəhər “Cümə” məscidinin axundu İlham Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev, dini icmanın üzvləri, ağsaqqallar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Azər Həsənov “İslam Həmrəyliyi İli” çərçivəsində dini radikalizmə qarşı mübarizənin əhəmiyyətindən danışıb, İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, bütün dünya dinləri arasında dialoq və əlaqələrin qorunması baxımından yüksək əhəmiyyətinin olduğunu vurğulayıb.
QMİ-nin Lerik rayonu üzrə səlahiyyətli nümayəndəsi, Lerik şəhər “Cümə” məscidinin axundu İlham Əliyev, Lüləkəran kənd məscidi dini icmasının sədri Rauf Əliyev və başqaları çıxışlarında İslam dininin bütün sülhsevər səmavi, ənənəvi dinlərin ideya və prinsiplərinə ehtiramla yanaşdığını, onlarla dialoqa,  əməkdaşlığa önəm verdiyini bildiriblər. Natiqlər ölkəmizdə  “İslam Həmrəyliyi İli” çərçivəsində görülən işlərin əhəmiyyətini də yüksək qiymətləndiriblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb. 

Son baxılan xəbərlər

Elşad İskəndərov: “Milli kimliyimizi formalaşdıran, onun ayrılmaz hissəsi olan milli-mənəvi dəyərlərimizin tədqiqatı böyük əhəmiyyət ...

Press-relizlər
18.10.2013 / 17:34
Ətraflı oxu

Suraxanıda dindarlarla görüş keçirilib

Press-relizlər
02.05.2019 / 15:03
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından 16 il ötür

Xəbərlər
21.06.2017 / 18:00
Ətraflı oxu

Ravvin Abraham Kuper Azərbaycanda tolerantlıq ənənələri haqda məqalə yazıb

Multikulturalizm
11.01.2017 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Kanada səfirliyinin ikinci katibi ilə görüşüb

Press-relizlər
25.01.2019 / 17:46
Ətraflı oxu

Qaxda “Dini radikalizmin fəsadları” adlı tədbir baş tutub

Press-relizlər
11.04.2019 / 17:33
Ətraflı oxu