Mingəçevirdə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 18.05.2017 / 16:39

Mayın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin və Mingəçevir şəhəri Texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov, liseyin direktoru Nailə Məmmədova, Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhər “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov,  eləcə də liseyin pedaqoji və şagird kollektivi iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhəri Texniki-humanitar liseyin direktoru Nailə Məmmədova bu cür dini maarifləndirmə tədbirlərinin gənclərin radikalizmdən qorunması sahəsindəki əhəmiyyətli rolundan danışıb.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin əməkdaşı Əlisa Fərəcov Azərbaycanda radikalizm və ekstremizmə qarşı mübarizə çərçivəsində həyata keçirilən maarifləndirmə tədbirlərindən bəhs edib.Natiq radikalizmin yayılmasının və gənclərin radikal fikirlərin təsiri altına düşməsinin qarşısının alınması istiqamətində birgə fəaliyyətin əhəmiyyətini vurğulayıb.
Tədbirdə həmçinin Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev, Mingəçevir şəhəri “Heydər” məscidinin imam naibi Müşfiq Nəcəfov, liseyin müəllimi Rəşad Yusifov çıxış ediblər.
Tədbirdə DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib və şagirdlərin mövzuya dair sualları cavablandırılıb
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə keçirilib. 


Son baxılan xəbərlər

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin inkişaf və quruculuq siyasəti ölkəmizə bundan sonra da böyük ...

Müsahibələr
14.01.2019 / 14:53
Ətraflı oxu

Azərbaycandakı dini icmaların rəhbərləri Xocalı faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıblar

Press-relizlər
24.02.2020 / 12:16
Ətraflı oxu

Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz

Xəbərlər
30.04.2018 / 14:39
Ətraflı oxu

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ABŞ-a rəsmi səfərə gedəcək

Press-relizlər
12.05.2018 / 14:18
Ətraflı oxu

Gəncədə “Müasir reallıqlar kontekstində dövlət və din” mövzusunda tədbir keçirilib

Press-relizlər
13.02.2020 / 15:56
Ətraflı oxu