Oğuzda “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

Press-relizlər / 16.05.2017 / 17:09

Mayın 16-da Oğuz rayon Mehdi Kərimov adına Bayan kənd tam orta məktəbində Bayan kənd  məscidi dini icmasının icra etdiyi “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev, Bayan kənd məscidi dini icmasının sədri Arif Nazarov, icma üzvləri, müəllim və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə Bayan kənd məscidi dini icmasının sədri Arif Nazarov açaraq layihə barədə məlumat verib, İslam dininin sülhpərvər, ümumbəşəri dəyərlərindən, İslam həmrəyliyi ideyalarının təbliğinin əhəmiyyətindən geniş söhbət açıb.
DQİDK-nın Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Qarayev “Dini radikalizm və onun fəsadları” mövzusunda çıxış edərək, dini radikalizmin İslam dininə vurduğu zərərlər, radikal ideyaların cəmiyyət üçün yaratdığı təhdidlər haqqında ətraflı danışıb. O, İslam həmrəyliyi mövzusuna toxunaraq qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyli İli” elan olunması ölkəmizin İslam dünyasına verdiyi dəyərli töhfədir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.
 

Son baxılan xəbərlər

Prezident İlham Əliyev dünya azərbaycanlılarını təbrik edib

Xəbərlər
25.12.2018 / 14:21
Ətraflı oxu

Binəqədidə “Dövlət qulluğu nədir?" mövzusunda təlim keçirilib

Press-relizlər
09.10.2018 / 15:26
Ətraflı oxu

Ağcabədidə keçirilən ikigünlük seminar-müşavirə öz işini davam etdirib

Press-relizlər
25.05.2018 / 16:18
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.03.2019 / 09:25
Ətraflı oxu

“Sağlam həyat naminə narkomaniyaya “Yox” deyək” adlı tədbir keçirilib

Press-relizlər
16.04.2018 / 15:57
Ətraflı oxu

“Həmrəylik-dini radikalizm və ekstremizmə qarşı mübarizədə effektiv vasitə” mövzusunda tədbir keçirilib

Press-relizlər
06.12.2017 / 10:19
Ətraflı oxu