“Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 11.05.2017 / 15:53

Mayın 11-də Sabirabad rayon Əsgərbəyli kənd şəhid Murad Hüseynov adına tam orta məktəbdə “Milli-mənəvi dəyərlərimiz və müasirlik” layihəsi çərçivəsində “Gənclərin zərərli vərdişlərdən çəkindirilməsində milli-mənəvi dəyərlərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Tərxan Paşazadə, DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov,  Sabirabad rayon  Əsgərbəyli kəndi “İmam Əli” adına  kənd məscidi dini icmasının sədri  Zakir Əliyev, Əsgərbəyli kənd şəhid Murad Hüseynov adına tam orta məktəbin  direktoru Aysel Vəlizadə, məktəbin müəllimləri, ziyalılar  və  şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan “İmam Əli” adına  kənd məscidi  dini icmasının sədri Zakir Əliyev  layihə barədə məlumat verərək bildirib ki, layihə çərçivəsində sağlam dini biliklərə söykənən maarifləndirmənin aparılması ilə yanaşı, gənclərimizin alkoqolizm və zərərli vərdişlərdən  qorunması, eləcə də milli- mənəvi  dəyərlərin təbliği istiqamətində də tədbirlər həyata keçirilir.
Daha sonra çıxış edən DQİDK-nın əməkdaşı Tərxan Paşazadə milli-mənəvi dəyərlərin qorunmasında dövlət siyasətinin rolu və gənclərin üzərinə düşən vəzifələr haqqında söhbət açıb. Bu dəyərlərin qorunmasının vacibliyindən danışıb. O, gənclərimizin düzgün istiqamətləndirilməsində, onlara mənəvi tərbiyə aşılanmasında ailələrin, təhsil müəssisələrinin, söz sahibi olan insanların, ağsaqqalların, ziyalıların üzərinə  məsuliyyət düşdüyünü qeyd edib. 
QMİ-nin Sabirabad rayonu üzrə səlahiyyətli nümayəndəsi Ağakərim Sadıqov çıxış edərək bildirib ki, cəmiyyətdə mənfi meyillərin aradan qaldırılmasında, milli–mənəvi və əxlaqi  dəyərlərin düzgün şəkildə çatdırılmasında dünyəvi və dini savadlanmanın  rolu  böyükdür.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri  Cavanşir Bəhrəmov isə vurğulayıb ki, gənclərin qayğısına qalmaq, onları düzgün istiqamətləndirmək, sağlam mənəviyyatlı vətəndaş kimi yetişdirmək hamımızın borcudur. Bu sahədə vəzifəsindən asılı olmayaraq hər birimiz əlimizdən gələni əsirgəməməli, milli-mənəvi, saf  islami dəyərlər əsasında tərbiyə olunan sağlam əqidəli gənclərin yetişdirilməsi üçün səylərimizi birləşdirməliyik. 
Tədbirin yekununda iştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.


Son baxılan xəbərlər

Tarixə şəhid qanı ilə yazılmış 20 Yanvar faciəsi

Press-relizlər
19.01.2018 / 11:22
Ətraflı oxu

Hacıqabulda “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
27.02.2019 / 17:09
Ətraflı oxu

Cəzaçəkmə müəssisələrində “Dinimiz mənəviyyatımızdır” mövzusunda növbəti tədbirlər keçirilib

Press-relizlər
14.01.2016 / 16:18
Ətraflı oxu

Zaqatalada seminar-müşavirə keçirilib

Press-relizlər
01.07.2017 / 11:10
Ətraflı oxu

İlham Əliyevin mükəmməl “multikulturalizm və tolerantlıq modeli”

Xəbərlər
01.11.2018 / 10:05
Ətraflı oxu

Oğuzda maarifləndirici tədbir keçirilib

Xəbərlər
19.02.2020 / 14:29
Ətraflı oxu