Əbədiyaşar Ümummilli Liderimiz Heydər Əliyev

Xəbərlər / 10.05.2017 / 13:04

Bu gün 10 May–Tariximizdə yenilməz sərkərdəmiz, Liderimiz, tariximizi yaradan Dahi Şəxsiyyət, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümüdür. Heydər Əliyev yalnız öz dövrünün deyil, bəşər tarixinin ən görkəmli dövlət xadimlərindəndir.  Onun özəl xüsusiyyəti o idi ki, o, xalqının müstəqil dövlətini quraraq yaşatdı. Və bununla da salnamə, tarix yaratmağa nail oldu. Heydər Əliyev fenomeni tarixi xidmətləri, xilaskarlıq və quruculuq missiyasının mahir icraçısı, eyni zamanda güclü, iradəli şəxsiyyət və qətiyyətli rəhbər kimi ölkə tarixinə adını qızıl hərflərlə yazdırmışdır. Həyatında mərhəmət və qayğıkeşlik xüsusiyyətləri əhəmiyyətli yer tutan Ulu Öndər ömrünü Azərbaycanın inkişafına həsr etmişdir. Heydər Əliyevin xalqımıza əvəzsiz xidmətlərini nə qədər saysaq tükənməz.Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdış və elmin, təhsilin, mədəniyyətin inkişafı və tarixin taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. 
Ümummilli Lider Azərbaycanın döyünən ürəyidir. Və o ürək elə bir döyüntü ilə döyünür ki, heç bir güc bu döyüntünü susdura bilməz! Heydər  Əliyev demişdir: "Azərbaycan mənim ürəyimdir, Azərbaycan mənim nəfəsimdir, Azərbaycan mənim həyatımdır." Dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyev Azərbaycana belə bağlı idi. Heydər Əliyev şəxsiyyəti və onun həyatı elə mənalı, elə fəlsəfi, elə müqəddəs məktəbdir ki, bu məktəbin dirilik, əbədiyyət, saflıq, paklıq kimi keyfiyyətlərindən gələcək nəsillər bəhrələnəcək, qüdrətlənəcək və milli təntənəyə dərin  inamla bağlanacaqdır.
Ulu Öndər müasir Azərbaycan dövlətçiliyinin banisi olmaqla, həm də Azərbaycan milli azadlıq hərəkatının yaradıcısıdır. Bu siyasətin layiqli davamçısı isə cənab Prezidentimiz İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Həmin siyasətin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir. Biz bu günümüzlə fəxr  edirik! 
Ulu Öndər ölmədi… Qəlbimizdə hər zaman yaşayır və yaşayacaqdır Əbədiyaşar Ümummilli Liderimiz !  

Aygül Ağayeva   
DQİDK-nın əməkdaşı, YAP Səbail rayon Əhməd Cavad 12 ərazi təşkilatının Gənclər Birliyinin sədri
 


Son baxılan xəbərlər

“Dini radikalizmlə mübarizədə İslam həmrəyliyinin rolu” mövzusunda seminar keçirilib

Press-relizlər
13.09.2018 / 12:02
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin məlumatı

Açıqlama
29.04.2019 / 19:37
Ətraflı oxu

Gənclər milli dəyərlərimizin qoruyucuları və daşıyıcılarıdır

Press-relizlər
24.01.2019 / 17:48
Ətraflı oxu

Bakıda “Söz azadlığı və dini icmalar” mövzusunda konfrans keçirilib

Arxiv
27.12.2017 / 18:15
Ətraflı oxu

Pirallahıda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
17.09.2018 / 10:28
Ətraflı oxu

Masallıda "Narkomaniyaya qarşı mübarizədə din faktoru" mövzusu müzakirə olunub

Press-relizlər
04.10.2019 / 10:27
Ətraflı oxu