Astarada məktəblilərin radikal dini düşüncələrdən qorunması mövzusu müzakirə olunub

Press-relizlər / 04.05.2017 / 17:54

Mayın 4-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafı, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Astara şəhəri M.Ə.Sabir adına 1 saylı tam orta məktəbində müəllim-şagird kollektivinin iştirakı ilə “Məktəblilərin radikal dini düşüncələrdən qorunmasında maarifləndirmənin əhəmiyyəti” adlı tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşları, Astara şəhər Təhsil şöbəsinin əməkdaşı Emin Fətəliyev, müəllimlər və şagirdlər iştirak ediblər.
Astara şəhər Təhsil şöbəsinin əməkdaşı Emin Fətəliyev tədbiri giriş sözü ilə açaraq şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin keçirilməsinin zəruriliyini qeyd edib. O bildirib ki, gənclərin radikal dini təsirlərdən, dini radikalizmdən qorunmasında təhsil xüsusi önəm daşıyır.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin məsləhətçisi Vüqar Şahbazov çıxışında Azərbaycanda dinlər arasında heç vaxt qarşıdurma, məzhəb ayrı-seçkiliyinin olmadığını, tolerant və multikultural mühitin mövcudluğunu diqqətə çatdırıb. Dini radikalizm, ekstremizm və onun fəsadlarından bəhs edən “Fitnə” filminin gənclərin  maariflənməsi, radikal qrupların təsirinə məruz qalmamaları baxımından mühüm əhəmiyyəti olduğunu bildirib.
Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib. 


Son baxılan xəbərlər

“Cocuq Mərcanlı məscidi:İslam dəyərlərinə töhfə” adlı kitab nəşr olunub

Kitablar
27.10.2017 / 16:01
Ətraflı oxu

“Dini qurumlar və QHT-lər: birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda konfrans keçirilib

Press-relizlər
29.08.2019 / 15:45
Ətraflı oxu

Prezident İlham Əliyev: "Tarixi-dini abidələrimizin Ermənistan tərəfindən dağıdılması bütün müsəlman dünyasına qarşı edilən cinayətdir"

Xəbərlər
07.09.2020 / 17:43
Ətraflı oxu

Mübariz Qurbanlı: "Multikultural münasibətlərin davamlılığı və bugünkü inkişafı bilavasitə dövlət dəstəyindən qaynaqlanır"

Müsahibələr
13.01.2016 / 17:18
Ətraflı oxu

Qaxda “Dəyərlərimiz gənclərin gözü ilə” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.12.2018 / 17:30
Ətraflı oxu

Ulu Öndər Heydər Əliyev bütün zamanlarda, bütün dövrlərdə Azərbaycan xalqına ləyaqətlə xidmət etmişdir

Xəbərlər
10.05.2018 / 09:45
Ətraflı oxu