Balakəndə “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 04.05.2017 / 16:42

Mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsi və Balakən Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Qullar kənd Şəhid E. Əliqayev adına 2 saylı tam orta məktəbində “Milli dəyərlərimizin qorunmasında gənclərin rolu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev, məktəbin müəllimləri və yuxarı siniflərin şagirdləri iştirak ediblər.
Şagirdlərin vətənpərvərlik ruhunda çıxışı ilə başlayan tədbirdə məktəbin direktoru Tamella Mahamaxanova çıxış edərək, sözügedən mövzu ilə əlaqədar tədbir iştirakçılarına məlumat verib.
Məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Bahar Şıxmədova çıxışında bildirib ki, 2017-ci il respublikamızda cənab Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan olunub. O, qeyd edib ki, bu il çərçivəsində müsəlman ölkələri arasında mövcud olan münasibətləri daha da inkişaf etdirmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərdən  biri də məhz bu ay ölkəmizdə keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarıdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Elvin Qarayev çıxışında vurğulayıb ki, hər bir xalqın milli kimliyi onun mövcudluğunun və inkişafının əsasını təşkil edir. Çünki xalqların inkişafının dayaq nöqtəsi sağlam dünyagörüşünə əsaslanmış milli kimlik anlayışıdır. O bildirib ki, bizim də milli kimliyimizin əsasını sahib olduğumuz maddi və mənəvi dəyərlər təşkil edir. Azərbaycan xalqı İslam dünyasında özünəməxsus yeri olan xalqlardan biridir və İslam mədəniyyətinin formalaşmasına öz töhfəsini verib. E. Qarayev qeyd edib ki, cəmiyyətimizin hər bir fərdi milli dəyərlərimizə sahib çıxmalı və onun gələcək nəsillərə ötürülməsi üçün çalışmalıdır.
Tədbirin yekununda şagirdlərin mövzuya dair sualları cavablandırılıb. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ASAN Radionun qonağı olub

Xəbərlər
12.03.2020 / 15:12
Ətraflı oxu

Səyyad Salahlı: “Azərbaycanda bütün dini icmaların azad fəaliyyətinə tam şərait yaradılıb”

Press-relizlər
25.02.2020 / 15:00
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Fətvası

Xəbərlər
21.04.2020 / 11:15
Ətraflı oxu

Azərbaycanın tolerantlıq və multikulturalizm modeli müzakirə olunub

Press-relizlər
26.11.2019 / 14:39
Ətraflı oxu

Ələt qəsəbəsinin Şıxlar bağ massivində qeyri-ənənəvi gizli ibadət-tədris kompleksi aşkarlanıb

Press-relizlər
23.04.2018 / 14:11
Ətraflı oxu

Ağcabədidə dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbir təşkil olunub

Press-relizlər
20.04.2018 / 16:32
Ətraflı oxu