İslam həmrəyliyi gənclərin gözü ilə

Press-relizlər / 03.05.2017 / 15:17

Mayın 3-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin (YAP GB) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı konfrans keçirilib.
Konfransda DQİDK-nın, YAP Gənclər Birliyinin, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndələri, partiya üzvləri, gənclər, ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların təmsilçiləri iştirak ediblər.
Konfransı giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi təsadüfi deyil. Bu, əslində Azərbaycandan İslam dünyasına verilən önəmli mesajdır. Bu günlərdə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və IV İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu ərəfədə Azərbaycanın bütün dünyaya verdiyi İslam həmrəyliyi mesajının nələri, kimləri, hansı məqsədləri ehtiva etdiyini müxtəlif dini konfessiyalara mənsub gənclərlə müzakirə etmək təqdirəlayiqdir. Bu gün İslam dünyası çətin dövr yaşayır – çoxsaylı münaqişələr, terror, radikalizm, məzhəbçilik kimi hallar artır. Biz bu dəhşət saçan mənzərənin çıxış yolunu həm də həmrəylikdə görürük. İslam həmrəyliyi eyni maraqları yox, eyni dəyərləri bölüşənlərin birliyidir.
Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı Gənclər Birliyinin sədri Kənan Kərimov çıxışında bildirib ki, Azərbaycan xalqının mədəniyyətə, sivilizasiyalararası dialoqa verdiyi önəmin nəticəsində hər bir gənc istənilən kürsüdən məğrurluqla çıxış edə bilir. Bu gün Azərbaycan gəncinin üstün keyfiyyətlərindən biri bütün dinlərə hörmət etməkdir. Bütün dinlərə hörmətlə yanaşan Ulu Öndər Heydər Əliyev sülhə, əmin-amanlığa böyük önəm verirdi. Bu gün Prezident İlham Əliyev Ümummilli Liderin əsasını qoyduğu bu ənənəni davam etdirir.
Daha sonra çıxış edən QMİ-nin şöbə müdiri Aqil Şirinov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri Rəşad İlyasov, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Denis Siveçnikov, AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı Şölət Zeynalov dövlətimizin gənclər siyasəti, gənc nəslin ənənəvi dini və milli dəyərlərimiz ruhunda tərbiyə olunması, bu dəyərlərin ümdə prinsipləri haqqında doğru və sağlam mənbələrə əsaslanan biliklərlə təmin olunması barədə danışıblar. 


Son baxılan xəbərlər

Multikulturalizm Azərbaycan Respublikasının daxili və xarici siyasətinin mühüm istiqamətidir

Press-relizlər
16.02.2018 / 14:03
Ətraflı oxu

“Gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir baş tutub

Press-relizlər
21.12.2017 / 16:07
Ətraflı oxu

Mehman İsmayılov: “Mənəvi Dəyərlərin Təbliği Fondu QMİ ilə birgə yerlərdə din xadimlərinin fəaliyyətini dəyərləndirəcək”

Press-relizlər
03.05.2018 / 09:28
Ətraflı oxu

Mehriban Əliyeva: "Azərbaycan dünyada millətlərarası, dinlərarası və sivilizasiyalararası dialoq mərkəzinə çevrilib"

İSLAM HƏMRƏYLİYİ İLİ
27.12.2017 / 16:56
Ətraflı oxu

Ümummilli Lider Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanmasında tarixi xidmətləri əvəzsizdir

Müsahibələr
10.05.2019 / 09:50
Ətraflı oxu

Xətaidə “İslam həmrəyliyi və milli-mənəvi dəyərlərə hörmət” mövzusunda tədbir keçirilib

Press-relizlər
27.11.2017 / 16:52
Ətraflı oxu