Dövlət Komitəsində “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri ilə görüş keçirilib

Press-relizlər / 19.04.2017 / 17:53

Aprelin 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov “Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının sədri Toni Breys və qurumun nümayəndəsi Mariyano Makiyas Quzman ilə görüşüb.
Görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, Azərbaycan ənənəvi İslam ölkəsi olmaqla, eyni zamanda dünyəvi dövlətdir, dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdir. Azərbaycandakı mövcud qanunvericilik bazası da vətəndaşların bu sahədəki hüquqlarını tam şəkildə qoruyur. O, ölkəmizdə dini icmaların qanun çərçivəsində azad fəaliyyəti üçün zəruri şəraitin yaradıldığını, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərildiyini bildirib.
S.Heydərov vurğulayıb ki, bəzi Avropa ölkələrində islamofobiya, irqi və dini ayrı-seçkilik kimi təhdidlər getdikcə daha təhlükəli forma almaqla geosiyasi maraqların ödənilməsi vasitəsinə çevrilməkdədir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır. Səyavuş Heydərov bütün bu qarşıdurma və təhdidlərin qarşısının alınmasında Azərbaycanın əsas çıxış yolunu tolerantlıqda, həmrəylikdə gördüyünü bildirib.
Görüşün sonunda qurumun nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, qonaqlar səmimi fikir mübadiləsi üçün təşəkkürlərini bildiriblər.  


Son baxılan xəbərlər

Ağcabədidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans işə başlayıb

Press-relizlər
24.04.2019 / 17:40
Ətraflı oxu

Oğuzda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda ikigünlük ...

Press-relizlər
13.09.2018 / 12:48
Ətraflı oxu

Vladimir Fekete: “Roma Papası bütün dünyaya çatdıracaq ki, Azərbaycanı müxtəlif dinlərin nümayəndələrinin yaşadığı tolerant ...

Müsahibələr
27.09.2016 / 11:26
Ətraflı oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
31.10.2018 / 17:25
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda “Radikalizmlə mübarizənin metodoloji əsasları” mövzusunda seminar keçirilib

Press-relizlər
21.07.2018 / 11:30
Ətraflı oxu

Azərbaycan İlahiyyat İnstitutunda BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib

Press-relizlər
19.11.2018 / 15:07
Ətraflı oxu