Ucarda “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib

Press-relizlər / 11.04.2017 / 16:53

Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi və Ucar Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazyan kənd 1 saylı tam orta məktəbdə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda tədbir keçirilib.
Müəllim kollektivinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan tam orta məktəbin Təlim-tədris işləri üzrə direktor müavini Ləman Talıbova mövzunun əhəmiyyətindən söhbət açaraq zərərli dini cərəyanların milli-mənəvi dəyərlərimizə göstərdiyi mənfi təsirlərdən bəhs edib.
Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev məruzəsində dini radikalizmin meydana gətirdiyi fəsadlar barədə danışıb. O bildirib ki, dini radikal fikirli insanlar cəmiyyətdə mövcud olan birgəyaşayış ənənəsinə zərbə vurmaqla yanaşı, dini məlumatların öz məqsədləri üçün təhrifinə də yol verirlər. Lakin hazırda ölkəmizdə dini maarifləndirmə işi ən yüksək səviyyədə aparılmaqdadır.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH başçısının Qazyan kənd inzibati ərazi diarəsi üzrə nümayəndəsinin müavini Azad Hüseynov və dini icma sədri Əli Həsənov yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında, vətənpərvərlik ruhunda tərbiyə olunmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü qeyd ediblər. Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.  

Son baxılan xəbərlər

Los-Ancelesdə Azərbaycanın multikultural ənənələrindən danışılıb

Press-relizlər
17.10.2016 / 12:32
Ətraflı oxu

“Bakı prosesi: dini icmalar və vəzifələr” mövzusunda konfrans keçirilib

Press-relizlər
25.06.2018 / 16:24
Ətraflı oxu

İslam dünyasının birliyinə xidmət edən uğurlu diplomatiya

İSLAM HƏMRƏYLİYİ İLİ
31.07.2017 / 16:54
Ətraflı oxu

Şamaxıda “Dini radikalizmlə mübarizə və maarifləndirmə” mövzusunda tədbir keçirilib

Press-relizlər
24.09.2018 / 16:51
Ətraflı oxu

Dövlət Komitəsi: Ermənilərin tarixi-mədəni abidələrimizi dağıtması bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür

Xəbərlər
07.10.2020 / 12:47
Ətraflı oxu

Azərbaycanda səfərdə olan ABŞ-ın yəhudi və yevangelist xristian icmasının üzvlərindən ibarət nümayəndə heyəti Bakıdakı ...

Press-relizlər
06.03.2019 / 17:51
Ətraflı oxu