Dini radikalizmlə mübarizədə din xadimlərinin rolu müzakirə edilib

Press-relizlər / 07.04.2017 / 11:16

Aprelin 7-də Sumqayıt şəhəri Sumqayıt stansiyası yaşayış massivi məscidi “Vəhdət” dini icması tərəfindən “İslam həmrəyliyi - dini vəhdətə çağırış”  layihəsi çərçivəsində “Dini radikalizm və onunla mübarizədə din xadimlərinin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov, dini icmanın sədri Eldar Ömərov, məscidin axundu Ələkbər Muradov, icma üzvləri, qəsəbə sakinləri iştirak ediblər.
Dini icma sədri Eldar Ömərov qeyd edib ki, Azərbaycan xalqının sahib olduğu yüksək əxlaqi keyfiyyətlərin, o cümlədən milli, dini dəyərlərimizin qorunub saxlanılmasında, milli şüurumuzun formalaşmasında din xadimlərimiz xüsusi  rol oynayıblar. Hər dövrdə olduğu kimi bu gün də cəmiyyətimizin mənəvi inkişafı, onun yad, zərərli dini, siyasi təsirlərdən qorunması üçün din xadimlərinin üzərinə böyük məsuliyyət  düşür.
DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Ülvi Məmmədov çıxışında bildirib ki, günümüzdə müsəlman ölkələrində sülh və əmin-amanlığın bərqərar olması, stabilliyin qorunub saxlanılması naminə İslam həmrəyliyinə nail olunmasına  həmişəkindən daha çox ehtiyac var. Din xadimləri öz çıxışlarında İslam dininin elm, irfan və humanizm kimi ilahi buyruqlarını daha çox vurğulamalı, məzhəblərarası konflikt yaradan hər hansı fikri səsləndirməkdən çəkinməlidirlər.
Sonra çıxış edən məscidin axundu Ələkbər Muradov bildirib ki, din xadimləri düzgün maarifləndirmə işini təşkil  etməli, möminləri dini xurafata  yuvarlanmağa  qoymamalıdırlar.
Tədbirin sonunda  iştirakçıların sualları cavablandırılıb.

 
     
    
         


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
28.11.2019 / 16:57
Ətraflı oxu

Tovuzda “Müasir tolerantlıq-Azərbaycan nümunəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər
18.11.2019 / 16:07
Ətraflı oxu

Həqiqi müstəqilliyin, qüdrətli dövlətçiliyin və milli inkişafın əsasının qoyulduğu möhtəşəm tarix

Xəbərlər
03.10.2019 / 09:29
Ətraflı oxu

Prezident İlham Əliyev Ağdam rayonuna səfərə gəlib

Arxiv
03.12.2016 / 13:25
Ətraflı oxu

Dövlət Komitəsinin rəhbərliyi şimal-qərb bölgəsində vətəndaşları qəbul edəcək

Xəbərlər
21.06.2019 / 10:06
Ətraflı oxu

Lənkəranda maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər
08.11.2018 / 16:17
Ətraflı oxu