Ağcabədidə zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər / 31.03.2017 / 12:13

Ağcabədi Rayon İcra Hakimiyyəti, rayon prokurorluğu, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsi, rayon Polis şöbəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin 2017-ci il üçün birgə razılaşdırılmış Tədbirlər Planına  əsasən martın 30-da rayon Təhsil şöbəsinin akt zalında zərərli və radikal dini təriqətlərə qarşı mübarizəyə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov, Ağcabədi rayon Polis şöbəsinin rəisi, polis polkovniki Məhəmməd İbrahimov, Dövlət Təhlükəsizliyi Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik Natiq Zamanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Mehtixan Zeynalov, Ağcabədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Naibə Mustafayeva, şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Təyyar Hacıyev, Ağcabədi rayon Təhsil şöbəsinin müdiri Solmaz Rəhimova, Ağcabədi şəhər məktəblərinin direktorları və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edən Ağcabədi rayon prokuroru, baş ədliyyə müşaviri Salman Səmədov çıxışında İslam dini və onun fəlsəfəsindən bəhs edib. Ənənəvi dini cərəyanlar haqqında məlumat verən S. Səmədov  zərərli dini təriqətlərin yaranması, inkişafı və müasir vəziyyəti barədə də geniş məlumat verib.
Tədbirdə mövzu ilə bağlı çıxış edən digər natiqlər zərərli dini cərəyanlara qarşı aparılan mübarizə metodlarından danışıblar.
  


Son baxılan xəbərlər

Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib

Press-relizlər
25.06.2019 / 16:59
Ətraflı oxu

Zaqatalada "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Press-relizlər
15.07.2017 / 12:48
Ətraflı oxu

Siyəzəndə “Şəhadət” sənədli filmi nümayiş etdirilib

Press-relizlər
16.01.2018 / 17:16
Ətraflı oxu

Mübariz Qurbanlı: "Məişət zorakılığına bütün dinlərin münasibəti mənfidir"

Açıqlama
13.11.2015 / 14:57
Ətraflı oxu

Lənkəranda dindarlarla görüş keçirilib

Press-relizlər
20.02.2020 / 14:55
Ətraflı oxu

Dövlət Komitəsinin rəsmisi ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iclasında çıxış edib

Xəbərlər
25.09.2019 / 16:34
Ətraflı oxu