Zərdabda “Sülh və qardaşlıq dini İslam” mövzusunda tədbir keçirilib

Press-relizlər / 10.03.2017 / 09:43

Prezident cənab İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi ilə əlaqədar martın 9-da Zərdab Rayon İcra Hakimiyyəti, Zərdab Rayon Gənclər və İdman İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə “Sülh və qardaşlıq dini İslam” mövzusunda tədbir keçirilib.
Gənclər Mərkəzində təşkil olunmuş tədbiri giriş sözü ilə açan Zərdab Rayon Gənclər və İdman idarəsinin rəisi İlkin Əliyev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də beynəlxalq aləmdə bütün dünyaya İslam həmrəyliyinin nümayiş etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.
Tədbirdə çıxış edən Zərdab rayon Ağsaqqallar Şurasının sədri Mirağa Bağırov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov, Zərdab Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Həsənov ölkəmizdə müsəlmanlarla yanaşı başqa din və mədəniyyət mənsubları üçün də yüksək şəraitin yaradılmasından danışaraq, İslam dininin əsl mahiyyətindən bəhs ediblər. O cümlədən din pərdəsi altında gənclərin radikal cərəyanlara cəlb edilməsini pisləyiblər.
Tədbir qarşılıqlı müzakirələr şəraitində davam etdirilib.


Son baxılan xəbərlər

Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün Qax rayonunda Yay Məktəbi təşkil edilib

Press-relizlər
30.08.2018 / 12:01
Ətraflı oxu

Prezident İlham Əliyev Beynəlxalq Paralimpiya Komitəsinin prezidentini qəbul edib

Xəbərlər
15.11.2018 / 15:44
Ətraflı oxu

Kürdəmirdə “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
18.04.2018 / 17:58
Ətraflı oxu

Ölkəmiz İslam dünyasında özünün uzlaşdırıcı, barışdırıcı və sülhpərvər mövqeyi ilə nümunəyə çevrilib

Açıqlama
11.01.2018 / 16:30
Ətraflı oxu

Samuxda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
09.07.2018 / 17:09
Ətraflı oxu

“Hərbi vətənpərvərliyin gücləndirilməsində dini icmaların yeri və rolu” mövzusunda konfrans keçirilib

Press-relizlər
20.06.2019 / 17:02
Ətraflı oxu