Dövlət qeydiyyatına alınmış yeddi dini təhsil müəssisəsinə şəhadətnamələr təqdim edilib

Press-relizlər / 07.03.2017 / 13:52

Martın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınmış dini təhsil müəssisələrinə şəhadətnamələr təqdim edilib.
Tədbirdə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin rəsmiləri, dini təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.
DQİDK-nın sədri Mübariz Qurbanlı Ulu Öndər Heydər Əliyevin müasir Azərbaycanda dövlət-din münasibətlərinin formalaşmasında həyata keçirdiyi din siyasəti barədə danışıb. Ümummilli Liderimizin hakimiyyətə yenidən qayıdışından sonra ölkədə dini fəaliyyət sahəsində sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin qorunub saxlanılması və möhkəmləndirilməsi istiqamətində böyük işlər görüldüyünü, dini etiqad azadlığına geniş imkanlar açıldığını və nəticədə dini icmaların normal fəaliyyəti üçün hüquqi-mənəvi şərait yaradıldığını diqqətə çatdırıb.
O, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sayəsində bu gün Azərbaycanın tolerantlığı, multikultural ənənələrə sadiqliyi ilə bütün dünyaya örnək göstərilən ölkələrdən biri olduğunu vurğulayıb. Mübariz Qurbanlı bildirib ki, dövlətimizin başçısının sərəncamları, tapşırıq və tövsiyələri ilə ölkəmizdə onlarla məscid tikilib, təmir və bərpa olunub, ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərilir və bu, dini zəmində münaqişələr girdabında boğulan müasir dünyamızda nadir nümunədir. Azərbaycanda müxtəlif məzhəblərə mənsub insanların məscidlərdə birgə ibadət etmələri təmin olunur. İslam dini üzrə gənc, peşəkar dini və dünyəvi biliklərə malik ixtisaslı kadrların hazırlanması diqqət mərkəzində saxlanılır. Komitə sədri qeyd edib ki, Azərbaycanda dini ayinləri yalnız ölkə daxilində dini təhsil almış şəxslər apara bilər. Buna görə də ölkəmizdə dini təhsil, din sahəsində kadrların hazırlanması ilə bağlı işlər görülür. Komitə sədri bu məsələdə dini tədris müəssisələrinin önəmli rol oynayacağına ümidvar olduğunu bildirib.
Sonra dövlət qeydiyyatına alınmış Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Heydər İslam Kolleci, Nardaran İslam Kolleci və Bibiheybət İslam Kollecinin rəhbərlərinə şəhadətnamələr təqdim olunub.
Qeydiyyat şəhadətnamələri almış dini tədris müəssisələrinin rəhbərləri çıxış edərək dinə, dindarlara diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, rəhbərlik etdikləri tədris müəssisələri gələcək fəaliyyətlərində dövlətçilik prinsipini əsas tutacaq və xalqımızın milli mənəvi dəyərlərinə yad olan dini ideologiyaların ölkəmizə ayaq açmasının qarşısının alınmasında daha fəal iştirak edəcəklər. 


Son baxılan xəbərlər

Qubanın Qonaqkənd qəsəbəsində “Vətəni sevmək imandandır” mövzusunda tədbir keçirilib

Press-relizlər
07.06.2018 / 10:14
Ətraflı oxu

Bakıda “Heydər Əliyev və milli mənəvi dəyərlər” mövzusunda konfrans keçirilib

Press-relizlər
01.05.2018 / 17:46
Ətraflı oxu

Səyyad Salahlı: “Dini radikalizmlə mübarizədə hər kəs, o cümlədən din xadimiləri fəal olmalıdır”

Press-relizlər
27.09.2019 / 12:00
Ətraflı oxu

Lənkəranda dini radikalizmlə mübarizənin başlıca yolları müzakirə olunub

Press-relizlər
08.12.2017 / 14:11
Ətraflı oxu

Prezident İlham Əliyev Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Xəbərlər
09.08.2019 / 17:14
Ətraflı oxu

Mübariz Qurbanlı: Ermənilərin təmir bəhanəsi ilə “Yuxarı Gövhər ağa” məscidinə zərər vurması onların özününkiləşdirmə ...

Müsahibələr
07.10.2019 / 17:36
Ətraflı oxu