Binəqədi rayonunda “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib

Press-relizlər / 06.03.2017 / 15:40

Martın 6-da Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə imzaladığı “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq, Binəqədi rayonu 276 saylı orta məktəbdə  “Dünyəvi dövlətdə İslam və milli birlik” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov, məktəbin direktoru Bəhram Şiriyev, adıçəkilən məktəbin, eləcə də rayon ərazisindəki 32 məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, müəllimləri, uşaq birliyinin rəhbərləri, məktəblərin psixoloqları, valideyin komitəsinin nümayəndələri və şagirdlər iştirak ediblər.
Tədbirdə öncə “Fitnə” filmi nümayiş olunub.
Daha sonra 276 saylı orta məktəbin direktoru Bəhram Şiriyev tədbiri açıq elan edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Fidan Aslanova xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasını və gələcək nəsillərə ötürülməsini ölkəmizdə dövlət və din arasında anlaşmanın bütün dünya üçün parlaq bir örnək olduğunu ifadə ediblər.
Binəqədi RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rauf Həsənov öz çıxışı zamanı dini maarifləndirmə sahəsində görülən işlərdən və həyata keçirilən layihələrdən söz açıb.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.
    


Son baxılan xəbərlər

Dini ekstremizm və radikalizmin multikultural cəmiyyət üçün təhlükələri müzakirə olunub

Press-relizlər
15.03.2017 / 17:43
Ətraflı oxu

20 Yanvar faciəsinə həsr olunmuş onlayn formatda regional konfrans keçirilib

Press-relizlər
18.01.2021 / 17:05
Ətraflı oxu

Yevlaxda "20 Yanvar qan yaddaşımızdır" mövzusunda videokonfrans formatında tədbir keçirilib

Press-relizlər
18.01.2021 / 11:56
Ətraflı oxu

Mübariz Qurbanlı: "Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan 2019-cu ildə iqtisadi, siyasi, mədəni, sosial ...

Müsahibələr
29.12.2019 / 14:59
Ətraflı oxu

Bərdədə “Gənclərin radikal meyillərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər
30.11.2018 / 15:27
Ətraflı oxu

Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə təkbətək görüşü olub

Xəbərlər
19.11.2018 / 14:41
Ətraflı oxu