“İslam Həmrəyliyi İli” çərçivəsində tədbir keçirilib

Press-relizlər / 03.03.2017 / 12:30

Martın 3-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə imzaladığı “Təhsil  müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq Nizami rayonu 220 saylı məktəb-liseydə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“Milli-mənəvi dəyərlər və gənclik” mövzusunda keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətin təşkili sektorunun əməkdaşı Afiq Əzizov, DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Samir Yoldaşov və Amal Məlikov, Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Bəhman Hüseynov, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbirdə öncə “Fitnə” filmi nümayiş olunub.
Daha sonra 220 saylı məktəb-liseyin direktoru Nərminə Ağayeva dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Samir Yoldaşov milli-mənəvi dəyərlərimizin ölkə həyatında əvəzsiz rolundan danışıb. O, əsrlərboyu xalqımızın formalaşmasında, inkişafında böyük təsiri olan milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Sonda şagirdləri maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparılıb.


Son baxılan xəbərlər

Misirin nüfuzlu portalında DQİDK əməkdaşının məqaləsi nəşr olunub

Xəbərlər
24.09.2020 / 17:38
Ətraflı oxu

“Sülh aylığı” çərçivəsində Qəbələdə tədbir keçirilib

Press-relizlər
28.08.2018 / 14:12
Ətraflı oxu

Lənkəranda dini icma sədrləri və din xadimləri ilə videokonfrans keçirilib

Press-relizlər
10.06.2020 / 14:31
Ətraflı oxu

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
23.08.2017 / 15:28
Ətraflı oxu

Dövlət Komitəsinin əməkdaşının məqaləsi xarici mətbuatda işıqlandırılıb

Xəbərlər
23.09.2020 / 16:18
Ətraflı oxu

Yevlaxda “Şəhadət” sənədili filmi nümayiş etdirilib

Press-relizlər
03.05.2019 / 14:36
Ətraflı oxu