Prezidentin Sərəncamı uğurla icra olunur

Press-relizlər / 03.03.2017 / 10:07

Martın 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə İsmayıllı rayonu Basqal qəsəbə məscidi dini icmasının “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində “Ənənəvi dindarlıq və radikalizm” adlı maarifləndirici tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli “Multikultural cəmiyyətdə tolerantlıq ənənələrinin qorunması” layihəsi çərçivəsində maarifləndirmə işlərinin davam etdiyini bildirib. O, gənc nəsillərə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşılması, İslamda Vətən və dövlət sevgisi, dini radikalizm və ekstremizm kimi mənfi ünsürlərin İslam dininə yad olmasını qeyd edərək müasir və sağlam düşüncəli gənclərin formalaşdırılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Murad Məhərrəmov çıxışında radikal dini cərəyanların fəaliyyətinin yolverilməz olduğunu və buna qarşı təkcə dövlət təşkilatları, hüquq-mühafizə orqanlarının deyil, hər bir vətəndaşın mübarizə aparmalı olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.
DQİDK-nın Dinşünaslıq ekspertizası şöbəsinin əməkdaşı Namiq Cırıyev Azərbaycan cəmiyyətində multikultural dəyərlərin inkişaf etdiyini, bu dəyərlərin birgəyaşayış prinsipinə çevrilməsini qeyd edərək mövcud olan bu ənənələrin daha da möhkəmləndirilməsi, eləcə də radikal təsirlərin qarşısının alınması üçün lazım olan məqamlara toxunub.
Daha sonra Dövlət Komitəsinin Şamaxı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elnur Mehdiyev, Rayon İcra Hakimiyyəti başçısının Basqal qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini İlham Ağayev, dini icmanın sədri Fariz Mövlamov mövzu ilə bağlı çıxış ediblər.
Sonda tədbir iştirakçılarına maarifləndirici nəşrlər paylanılıb.



Son baxılan xəbərlər

Prezident İlham Əliyev Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktorunu qəbul edib

Xəbərlər
04.02.2019 / 15:35
Ətraflı oxu

Dövlət Komitəsində görüş keçirilib

Xəbərlər
09.09.2019 / 16:04
Ətraflı oxu

Dövlət Komitəsinin sədri: "Azərbaycanın tolerant mühitinin dünya üçün nümunə olduğunu deməyə haqqımız var”

Xəbərlər
26.10.2018 / 09:35
Ətraflı oxu

Xızıda “Uşaqların zərərli vərdişlərdən qorunmasında milli-mənəvi dəyərlərin rolu” mövzusu müzakirə olunub

Press-relizlər
23.10.2018 / 16:02
Ətraflı oxu

Ağstafa rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
03.05.2019 / 16:17
Ətraflı oxu

Bərdədə “İslam həmrəyliyi: ortaq dəyərlər əsasında” mövzusunda tədbir baş tutub

Press-relizlər
23.02.2018 / 16:14
Ətraflı oxu