Nəsimi rayonunda “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda tədbir keçirilib

Press-relizlər / 01.03.2017 / 16:16

Martın 1-də Nəsimi rayonu 8 saylı tam orta məktəbdə maarifləndirici tədbir keçirilib. “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə metodu kimi” mövzusunda keçirilən tədbirdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi Rövşən Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Nuru İmanov və Faiq Ələkbərov, Nəsimi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov, məktəbin direktoru Aytən Baxşıyeva, müəllim, şagird və valideynlər iştirak ediblər.
Öncə “Fitnə” filmi nümayiş olunub. Daha sonra çıxış edən 8 saylı tam orta məktəbin direktoru A.Baxşıyeva dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin təhsildənkənar fəaliyyətin təşkili sektorunun aparıcı məsləhətçisi R.Əliyev çıxışında yeniyetmə və gənclərimizin milli-mənəvi dəyərlərə sadiq olmasında müəllim və valideynlərin üzərinə böyük məsuliyyət və öhdəliyin düşdüyünü vurğulayıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin baş məsləhətçisi F.Ələkbərov dini radikalizmin cəmiyyətə sirayət etməsinin qarşısının alınması yollarının öyrənilməsi, orta məktəblərdə şagirdləri zərərli vərdişlərdən qorumaq, onlara valideyn, vətən, millət sevgisi aşılamaq, dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərə köklənmək, İslam dinini olduğu kimi öyrənmək və həyatımıza tətbiq etməyin əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda şagirdlərlə geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən birgə imzalanmış “Təhsil müəssisələrində uşaq və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq keçirilib. 


Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Gəncədə vətəndaşları qəbul edəcək

Arxiv
09.03.2018 / 15:57
Ətraflı oxu

Bakıda “Azərbaycanda tolerantlıq: dünən, bu gün, sabah” mövzusunda konfrans keçirilib

Press-relizlər
15.11.2018 / 17:36
Ətraflı oxu

Saatlıda “Tolerantlıq Azərbaycan xalqının əsrlər boyu yaşatdığı milli dəyərdir” mövzusunda maarifləndirici tədbir olub

Press-relizlər
15.11.2017 / 16:51
Ətraflı oxu

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
13.03.2019 / 16:40
Ətraflı oxu

Səyavuş Heydərov: Azərbaycan dövləti vətəndaşlarımızın dini ehtiyaclarına daim diqqət və qayğı göstərir

Müsahibələr
03.05.2018 / 10:59
Ətraflı oxu

Şərq və Qərb mədəniyyəti anlayışına konseptual baxış

Multikulturalizm
15.01.2020 / 10:04
Ətraflı oxu