Qaxda “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər / 20.02.2017 / 10:12

Fevralın 17-də Qax rayonunda Qax “ Şəhər” məscidi dini icmasının dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə həyata keçirdiyi “İslamda  birgəyaşayış  ənənəsi” adlı layihənin “Milli-mənəvi dəyərlərimizdə vəhdət prinsipi” adlı maarifləndirmə tədbiri  keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, QMİ-nin rayon üzrə səlahiyyətli nümayəndəsi, eyni zamanda  Qax “ Şəhər” məscidi dini icmasının sədri Hacı Əsgərov və dindarlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə  Qax “Şəhər” məscidi dini icmasının sədri Hacı Əsgərov açaraq milli-mənəvi dəyərlərimiz, birgəyaşayış mühiti haqqında geniş məlumat verərək milli-mənəvi dəyərlərimizin tarixən necə formalaşdığı, dinimizin vəhdət və bir olmaq anlayışlarına hansı prizmadan baxması və bu prinsiplərin  nə dərəcədə həyatımızda əks olunmasından ətraflı şəkildə danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov çıxışında Azərbaycan xalqının milli-mənəvi dəyərləri haqqında danışıb və bu dəyərlərin insanlar arasında vəhdəti necə formalaşdırdığını, həmçinin milli-mənəvi dəyərlərimizin qorunub-saxlanılmasının əhəmiyyətli olduğunu  vurğulayıb.
Tədbirin sonunda  iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu layihə tədbirləri  27 noyabr 2014-cü il tarixində cənab prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işinin daha da gücləndirilməsi məqsədilə dini  icmalara maliyə yardımı göstərmək  üçün  imzaladığı Sərəncama uyğun olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin  dəstəyi ilə  həyata keçirilib.  


Son baxılan xəbərlər

DQİDK-nın şöbə müdiri: İstənilən dini ədəbiyyat Azərbaycana idxal olunarkən DQİDK-dan icazə alınmalıdır

Müsahibələr
03.05.2018 / 10:10
Ətraflı oxu

Mübariz Qurbanlı: Beynəlxalq Dini Azadlıq üzrə ABŞ Komissiyası heç bir fakta söykənmədən qərəzli mövqe ...

Müsahibələr
27.04.2018 / 17:54
Ətraflı oxu

“Oxu!” sənədli filminin təqdimatı keçirilib

Press-relizlər
11.01.2019 / 17:10
Ətraflı oxu

Saatlıda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
31.10.2019 / 14:03
Ətraflı oxu

Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb

Press-relizlər
19.06.2019 / 09:55
Ətraflı oxu

Xalqa xidmət böyük şərəfdir!

Xəbərlər
22.06.2020 / 13:04
Ətraflı oxu