Mübariz Qurbanlı: “Prezidentin Sərəncamı islamofob meyillərə ciddi zərbə vuracaqdır”

İSLAM HƏMRƏYLİYİ İLİ / 17.02.2017 / 13:58

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İctimai televiziyanın "Çarçı" informasiya proqramına Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin Sərəncamı ilə 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dair təsdiq edilmiş Tədbirlər Planına əsasən həyata keçiləcək tədbirlər barədə müsahibə verib.
Mübariz Qurbanlı müsahibəsində qeyd edib ki, Azərbaycan müxtəlif multikultural dəyərləri özündə ehtiva edən tolerant ölkədir. Bunun dünyaya çatdırılmasında dövlət başçısının Sərəncamı mühüm rol oynayacaqdır. İslamofobiyanın aradan qaldırılması üçün, İslamı  gözdən salmaq cəhdlərinin aradan qaldırılması üçün İslamın olduğu kimi dünyaya çatdırılması çox vacibdir. İslamın olduğu kimi dünyaya çatdırılmasının ən əsas yollarından biri İslamın əsas qayəsi, mənbəyi olan “Qurani Kərim”in olduğu kimi insanlara çatdırılmasıdır. “Qurani-Kərim” oxuyan hər bir şəxs istər xristian, istər buddist, istər yəhudi olsun, fərq etməz, burada bütövlükdə  insanlıq üçün çox dəyərli mesajların, Quran ayələrindəki fikirlərin insanlıq üçün çox böyük yol olduğunu görə bilər. Komitə sədri müsahibəsində bildirib ki, “İslam Həmrəyliyi İli” istiqamətində görülən işlər islamofobiya, İslamın gözdən salınması istiqamətindəki aparılan təşviqata, təbliğata da çox böyük, ciddi zərbə vuracaqdır. “İslam Həmrəyliyi İli” çərçivəsində İslam dünyası ilə digər dini konfessiyaların mövcud olduğu ölkələr arasında həmrəylik bağı yaradılacaqdır. Bu da İslam həmrəyliyinə böyük töhfə verəcəkdir.

Müsahibəyə aşağıdakı linkdən ətraflı baxa bilərsiniz:
www.youtube.com/watch

Son baxılan xəbərlər

Dövlət Komitəsinin sədri İranın İslam Mədəniyyəti və Əlaqələri Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
03.05.2019 / 13:59
Ətraflı oxu

Bərdədə "Şahadət" filmi nümayiş olunub

Press-relizlər
01.02.2018 / 15:20
Ətraflı oxu

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvası

Xəbərlər
28.08.2019 / 10:45
Ətraflı oxu

Vətən sevgisi imandandır

Press-relizlər
01.03.2018 / 17:03
Ətraflı oxu

Ağstafada maarifləndirici tədbir keçirilib

Press-relizlər
20.12.2019 / 10:34
Ətraflı oxu

Türkan qəsəbəsində maarifləndirici tədbir baş tutub

Press-relizlər
10.04.2017 / 16:40
Ətraflı oxu