Qobustan qəsəbəsində maarifləndirmə tədbirləri keçirilib

Press-relizlər / 04.02.2017 / 11:15

Fevralın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şamlı” məscidi dini icması tərəfindən “Dini ekstremist fəaliyyətə və radikal təsirlərə qarşı mübarizə” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbə müdirinin müavini Ceyhun Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin şöbə rəisi Əli Tağıyev, “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbirdə “Şamlı” məscidi dini icmasının sədri Qaraoğlan Həsənov dini radikalizmlə mübarizə istiqamətində həyata keçirilən layihəyə görə dövlət qurumlarına öz minnətdarlığını bildirib. Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi ilə bağlı görülmüş işlər haqqında geniş məlumat verib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev isə dini radikalizm və ekstremizmin fəsadları, habelə onunla mübarizə metodları haqqında məruzə ilə çıxış edib.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
 
***

Fevralın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi “Şıxlar” məscidi dini icması tərəfindən “Dini radikalizmin təzahür formaları və onunla mübarizənin əhəmiyyəti” layihəsi çərçivəsində tədbir təşkil olunub.
“Şıxlar” məscidində keçirilmiş tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, şöbə müdirinin müavini Ceyhun Əliyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Qaradağ Rayon İdarəsinin şöbə rəisi Əli Tağıyev, “Şıxlar” məscidi dini icmasının sədri Nazim Lazımov, dini icmanın üzvləri, dindarlar və ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan N.Lazımov maarifləndirmə layihəsinə verilən dəstəyə görə dövlət rəhbərliyinə təşəkkürünü bildirib. Dini icma sədri maarifləndirmənin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini C.Əliyev ölkəmizdə 2017-ci ilin Prezident İlham Əliyev tərəfindən “İslam Həmrəyliyi İli” elan edildiyini qeyd edərək, bu addımın İslam dininə və mənəvi dəyərlərə verilən ən böyük qiymət olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik İslam həmrəyliyinə də dünyada böyük töhfə verməkdədir.
Tədbirin yekununda dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. 
Qeyd edək ki, tədbirlər Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama uyğun olaraq keçirilir.  


Son baxılan xəbərlər

Bölgələrdə maarifləndirmə tədbirləri davam etdirilir

Press-relizlər
27.07.2017 / 17:45
Ətraflı oxu

Mübariz Qurbanlı: “Azərbaycan xalqı Prezidentimizin siyasətinə – inkişafa, sabitliyə səs verdi”

Müsahibələr
02.11.2015 / 13:52
Ətraflı oxu

Beyləqanda “N” saylı hərbi hissədə maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
20.08.2019 / 17:01
Ətraflı oxu

Qusar rayonunda dini radikalizmlə mübarizəyə həsr olunmuş tədbir keçirilib

Press-relizlər
23.05.2017 / 09:40
Ətraflı oxu

Qubada Xocalı soyqırımı qurbanları yad edilib

Press-relizlər
23.02.2018 / 16:06
Ətraflı oxu

“İnsan Hüquqları Aylığı” çərçivəsində Lənkəranda tədbir keçirilib

Press-relizlər
08.06.2018 / 16:22
Ətraflı oxu