Qaxda “Azərbaycanın birgəyaşayış mühiti” mövzusunda tədbir keçirilib

Press-relizlər / 26.01.2017 / 14:39

Yanvarın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Qax rayonunda Qax şəhər məscidi dini icmasının həyata keçirdiyi “İslamda birgəyaşayış ənənəsi” adlı layihə çərçivəsində “Azərbaycanın birgəyaşayış mühiti” adlı üçüncü tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Zaqatala bölgəsi üzrə şöbənin əməkdaşı Tərlan Nəzərov, Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qax şəhər məscidi dini icmasının sədri Hacı Əsgərov Azərbaycanda birgəyaşayış mühiti haqqında tədbir iştirakçılarına məlumat verib.
Sonra DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov mövzu ətrafında geniş çıxış edərək hazırda Azərbaycanın birgəyaşayış ənənəsi, bu ənənənin tarixən hansı şəkildə formalaşdığı və gələcək nəsillərə bu ənənəni çatdırmaqda üzərimizə düşən vəzifələri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov öz çıxışında dünyada dini zəmində gedən qarşıdurmalardan, bu qarşıdurmaların birgəyaşayış ənənəsinə mənfi təsir etməsindən danışıb.
Sonda  tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.
Qeyd edək ki, tədbir Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini  icmalara maliyə yardımı göstərmək  üçün 27 noyabr 2014-cü ildə  imzaladığı Sərəncama uyğun olaraq keçirilib.


Son baxılan xəbərlər

ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri Dövlət Komitəsində olublar

Press-relizlər
24.02.2020 / 17:29
Ətraflı oxu

Yevlaxda “Narkomaniya və zərərli vərdişlər” mövzusunda maarifləndirici tədbir keçirilib

Press-relizlər
13.05.2016 / 17:25
Ətraflı oxu

Ucarda gənclərlə maarifləndirici görüş keçirilib

Press-relizlər
10.04.2019 / 17:11
Ətraflı oxu

Mübariz Qurbanlı: "Həcc ziyarəti Səudiyyə Ərəbistanının qərarından asılı olacaq"

Müsahibələr
06.05.2020 / 14:12
Ətraflı oxu

Qobustanda keçirilən ikigünlük seminar-treninq başa çatıb

Press-relizlər
15.05.2018 / 17:02
Ətraflı oxu

Gündüz İsmayılov: “Məscidlərdə kitabxanalar yaradılır”

Açıqlama
01.02.2016 / 16:53
Ətraflı oxu