Yardımlıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 25.01.2017 / 17:33

Prezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Yardımlı rayonu Çayüzü kənd  məscidi dini icması yanvarın 25-də “Gənclərimizin radikal dini cərəyanlardan qorunması” adlı layihə çərçivəsində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dini qurumlarla iş üzrə şöbəsinin əməkdaşı Əli Həziyev, Masallı bölgəsi üzrə şöbənin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşı Elvin Hüseynli, Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Yardımlı rayon şöbəsinin əməkdaşı, Rayon Təhsil Şöbəsinin müdir müavini Vəli Nağıyev, Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, ziyalılar və gənclər iştirak ediblər.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov  gənclərimizin radikal təsirlərdən qorunması sahəsində ölkəmizdə aparılan tədbirlərdən söhbət açıb.
Dövlət Komitəsinin Dini qurumlarla iş üzrə şöbəsinin məsləhətçisi Əli Həziyev isə milli-mənəvi dəyərlərimiz, mənəvi saflıq, İslamın digər dinlərə münasibəti, radikalizm və ekstremizmin zərərləri kimi mövzular barədə mühazirə ilə çıxış edib.
Daha sonra çıxış edən Çayüzü kənd məscidi dini icmasının sədri Əli Orucov, DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elvin Hüseynli və başqaları bəzi qüvvələrin İslamı siyasiləşdirərək onu gözdən salmağa çalışdığını, onu terrorla əlaqələndirmək istədiklərini diqqətə çatdırıblar. Qeyd olunub ki, bu cür hallara qarşı birgə mübarizə və gənclər arasında dini maarifləndirmə aparmaq zəruridir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsinin dini maarifləndirmə məqsədi ilə nəşr etdirdiyi kitabçalar təqdim olunub. 


Son baxılan xəbərlər

Nizami rayonunda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
29.11.2019 / 16:48
Ətraflı oxu

“Narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə” mövzusunda tədbir baş tutub

Xəbərlər
06.12.2018 / 10:06
Ətraflı oxu

Elşad İskəndərov: Azərbaycan İslamın mənəvi dərkinə əsaslanan dünyəvi dövlət nümunəsidir (Müsahibə)

Müsahibələr
29.01.2013 / 18:56
Ətraflı oxu

Bakıda "Azərbaycanda şeyxülislamlıq institutu: keçmişdən bu günə" mövzusunda konfrans keçirilib

Xəbərlər
26.08.2019 / 15:32
Ətraflı oxu

Sabirabadda maarifləndirmə tədbiri keçirilib

Press-relizlər
14.11.2019 / 14:43
Ətraflı oxu

Dövlət Komitəsində xarici jurnalistlərlə görüş keçirilib

Press-relizlər
10.04.2018 / 17:20
Ətraflı oxu