“20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib

Press-relizlər / 19.01.2017 / 13:18

Yanvarın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “20 Yanvar - Şəhidlik zirvəsi” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev, ölkəmizdəki dini konfessiya rəhbərləri, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri, eləcə də dini təhsil müəssisələrinin müəllim və tələbələri iştirak ediblər.
Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.
Konfransda çıxış edən millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev 20 Yanvar hadisəsinin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı roldan danışıb.  20 Yanvarda Azərbaycanın istiqlaliyyəti uğrunda müxtəlif millətlərin nümayəndələrinin şəhid olduğunu, bunun Azərbaycan xalqının mübarizəsini əks etdirdiyini söyləyib. Dövlət müşaviri Kamal Abdullayev çıxışında Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisəsindən sonra Azərbaycanın Rusiyadakı daimi nümayəndəliyinin binasında bu qanlı hadisəni qətliam adlandırmasının tarixi addım olduğunu diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı 20 Yanvarın xalqımızın yaddaşına qəhrəmanlıq salnaməsi kimi həkk olunduğunu vurğulayıb. Bu qətliama əsl qiyməti Ulu Öndər Heydər Əliyevin verdiyini və onun hadisəni ört-basdır etmək istəyən imperiya rəhbərliyinin Azərbaycan əleyhinə xəyanətkar siyasətinə qarşı çıxaraq ölkəmizin haqq səsini müdafiə etdiyini vurğulayan M. Qurbanlı bildirib ki, 20 Yanvardan sonra Azərbaycan xalqının ictimai şüurunda da böyük dəyişiklik baş verib - xalqımız milli azadlıq hərəkatına başlayıb: “Bir sözlə, 20 Yanvar şəhidlərinin  qanı hədər getməyib".
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev dünyada Günəşə və ölümün gözünə dik baxmağın mümkün olmadığını qeyd edib. O deyib ki, məhz qəhrəmanlar ölümün gözünə dik baxaraq ömürlərini taleyə çevirirlər. Nə qədər ki, müstəqil Azərbaycan var, onun qəhrəmanları yaşayacaq.
Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib ki, 20 Yanvar Azərbaycan tarixinə şəhidlərin qanı ilə yazılan gündür. Eyni zamanda bu, Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin şərəfli qəhrəmanlıq salnaməsidir.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi keşiş Konstantin deyib ki, Azərbaycan xalqı öz tarixini, mədəniyyətini, milli kimliyini dərk edərək müstəqillik uğrunda mübarizə aparıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev çıxışında  20 Yanvar günü baş verənlərlə bağlı acı gerçəkləri tədbir iştirakçılarının diqqətinə çatdırıb və Azərbaycan xalqının 20 Yanvarda öz suverenliyi və azadlığı uğrunda mübarizə apardığını vurğulayıb.
Sonda şəhidlərin ruhuna dualar oxunub.

  
    


Son baxılan xəbərlər

Vətəni sevmək imandandır

Press-relizlər
04.04.2018 / 17:09
Ətraflı oxu

Prezident İlham Əliyev Özbəkistanın Baş nazirinin müavinini qəbul edib

Xəbərlər
18.11.2017 / 14:04
Ətraflı oxu

Ağdaşda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir baş tutub

Press-relizlər
17.05.2017 / 14:24
Ətraflı oxu

Şamaxıda “Dini icmalar və gənclər: dini radikalizmlə mübarizə və birgə fəaliyyətin təşkili” mövzusunda seminar-müşavirə ...

Press-relizlər
23.04.2018 / 14:21
Ətraflı oxu

Biləsuvarda “Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik” mövzusunda ikigünlük seminar-müşavirə keçirilib

Press-relizlər
12.04.2019 / 17:29
Ətraflı oxu

Lənkəranda Məhərrəmliyə həsr edilmiş tədbir baş tutub

Press-relizlər
09.09.2018 / 11:36
Ətraflı oxu