Amil Cavadov: İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasına ehtiyac var

Açıqlama / 16.01.2017 / 13:03

"Azərbaycan müsəlman dünyasının bir parçası olaraq uzun əsrlərdən bəri İslam sivilizasiyası və mədəniyyətinin mərkəzlərindən biri olub".

Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Amil Cavadov SalamNews-a açıqlamasında deyib.
O, qeyd edib ki, İslam dininin yayılması, orta əsrlərdəki İslam mədəniyyəti və İslam fəlsəfi məktəbləri Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin formalaşmasında mühüm rol oynayıb: "Milli-mənəvi dəyərlərimiz xalqımızın həyatında, yaşayışında və xalqımızın dövlətçilik fəaliyyətində mühüm amillərdən biridir. Eyni zamanda, tolerant və multikultural ənənələrimiz  çoxəsrlik tarixə, mədəniyyətə, təfəkkür tərzinə əsaslanır. Bu baxımdan, dövlətimizin başçısı cənab İlham Əliyevin ölkəmizdə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsinin çox böyük tarixi zəmini var və olduqca təqdirəlayiq addımdır. 
Ölkəmiz öz sürətli inkişafı, regionun lider dövlətinə çevrilməsi, beynəlxalq təşkilatlarda fəal iştirakı, eyni zamanda dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqa mühüm töhfələr verən dövlət kimi bütün dünyada, xüsusən İslam dünyasında çox böyük nüfuza malik ölkələrdən biri olduğunu göstərir".
Amil Cavadov bildirib ki, Azərbaycanın İslam həmrəyliyi çağırışı və təşəbbüsü ilə çıxış etməsi İslam Əməkdaşlıq Təşkilatı, İSESCO, həmçinin İslam ölkələri və onları birləşdirən digər mötəbər qurumlarla qarşılıqlı faydalı münasibətləri baxımından böyük əhəmiyyət kəsb edəcək:
"Bu gün İslam dünyasında baş verən hadisələr bir daha onu göstərir ki, İslam dininin olduğu kimi yenidən dünya ictimaiyyətinə çatdırılmasına, İslamın sülh, barış, mərhəmət, elm, inkişaf dini olmasının təbliği və təşviqinə böyük ehtiyac vardır. İslam dünyasının terrordan, fəlakətdən, yanlış yönləndirilmədən, dini xurafatdan, cahillikdən xilas olmasına, yeni bir dirçəliş dövrü yaşamasına ehtiyac vardır.
Əminəm ki, dövlətimizin başçısı cənab İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsinə bu çağırış ünvanlarına çatacaq, İslam dünyası məzhəb və təriqət qarşıdurması, terror, radikal dini qruplaşmlar, xurafat və cahillikdən xilas olmağın yollarını tapacaq".
    


Son baxılan xəbərlər

Multikulturalizm azərbaycançılıq məfkurəsinin tərkib hissəsi kimi

Multikulturalizm
27.02.2016 / 10:23
Ətraflı oxu

Mübariz Qurbanlı: “Prezident həm mətbuata, həm də ictimaiyyətə mesajlar verdi”

Açıqlama
14.07.2015 / 18:21
Ətraflı oxu

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Vəhdət qanımızdadır” filminin ilk nümayişi olub

Press-relizlər
29.11.2018 / 16:33
Ətraflı oxu

Dövlət Komitəsində 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib

Press-relizlər
27.02.2018 / 17:31
Ətraflı oxu

Prezident İlham Əliyev Şamaxı Cümə məscidinin əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilmə mərasimində ...

Xəbərlər
17.05.2013 / 17:43
Ətraflı oxu

Bakıda "Dini təhsil, dini tərbiyə və dünyəvilik" mövzusunda konfrans keçirilib

Press-relizlər
30.10.2018 / 16:31
Ətraflı oxu