Masallıda “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib

Press-relizlər / 13.01.2017 / 10:00

Yanvarın 13-də Prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımına əsasən Masallı rayonu Çaxırlı kənd məscidi dini icmasında “Dini radikalizmlə mübarizədə milli-mənəvi dəyərlərin rolu” adlı layihə çərçivəsində “Gənclərin radikal təsirlərdən qorunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, şöbənin əməkdaşları Kamil Bağırov, Ayiq Səmədov, Masallı Rayon İcra Hakimiyyəti (RİH) başçısının Çaxırlı inzibati ərazi vahidi üzrə nümayəndəsi Oktay Cavadov, Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, ziyalılar, ağsaqqallar və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbirdə məruzə ilə çıxış edən DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov qeyd edib ki, layihə çərçivəsində dini  maarifləndirmə işlərinin aparılması və gənc nəslin radikal dini cərəyanlardan qorunması təqdirəlayiqdir.
Çaxırlı kənd tam orta məktəbinin direktoru Allahverən Məmmədov, məktəbin müəlliməsi Könül Fətullayeva, Çaxırlı kənd məscidi dini icmasının sədri Oruc Qurbanov, ağsaqqal Cavanşir Nəbiyev radikalizmin törətdiyi bəlalardan və buna qarşı mübarizə metodlarından danışıblar.
Sonda DQİDK-nın razılığı ilə çap olunmuş müxtəlif nəşlər tədbir iştirakçılarına paylanılıb. 


Son baxılan xəbərlər

“Aşura” mərasimlərində ənənəvilik və müasirlik prinsiplərinə riayət olunmalıdır

Press-relizlər
05.09.2018 / 11:22
Ətraflı oxu

Prezident İlham Əliyev: “Multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınırıq”

Xəbərlər
09.02.2018 / 09:29
Ətraflı oxu

Şabran şəhərində “Uşaq hüquqları aylığı”na həsr olunmuş tədbir keçirilib

Xəbərlər
25.10.2018 / 10:28
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi vətəndaşları qəbul edib

Press-relizlər
24.09.2019 / 14:50
Ətraflı oxu

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşları qəbul edib

Press-relizlər
19.12.2017 / 12:30
Ətraflı oxu

Dövlət Komitəsinin sədri İİR-nın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Press-relizlər
23.02.2018 / 18:10
Ətraflı oxu