“Multikulturalizm: meyillər və reallıqlar” kitabının təqdimatı olub

Multikulturalizm / 20.12.2016 / 11:42

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda AMEA-nın və MDB-yə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) birgə təşkilatçılığı ilə “Yeni mərhələdə elmi əlaqələrin inkişafı: dialoq və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq elmi seminar çərçivəsində “Multikulturalizm: reallıqlar və meyillər” kitabının təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Rusiya Elmlər Akademiyasının A.M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun direktoru, professor Vadim Polonski və AMEA-nın vitse-prezidenti, Milli Məclisin deputatı, akademik İsa Həbibbəylinin moderatorluğu ilə keçirilən tədbirdə kitabın Ədəbiyyat İnstitutu və Moskva Dövlət Pedaqoji Universitetinin (MDPU) Stavropol filialı tərəfindən birgə hazırlandığı bildirilib.
Kitabın məziyyətindən danışan akademik İ.Həbibbəyli qeyd edib ki, bu nəşrdə ədəbiyyatımıza multikultural dəyərlər istiqamətindən olan baxış onun əzəmətini müəyyənləşdirən təməl meyarlardan biri kimi özünü göstərir. Diqqətə çatdırılıb ki, bu, əməkdaşlıq çərçivəsində artiq dördüncü kitabdır. Bundan sonra da birgə layihələrin keçirilməsi nəzərdə tutulub.
MDPU Stavropol filialı direktorunun müavini Liliya Qriqorova bildirib ki, 2014-cu ildə AMEA ilə bu filial arasinda əməkdaşlıq haqqında sənəd imzalanib. Həmin sənəd iki qurum arasında əlaqələrin daha da genişlənməsinə sanballı töhfələrini verir.
Digər çıxış edənlər də ölkələrarası elmi əməkdaşlığın əhəmiyyətini qeyd edib, bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıblar.


    

Son baxılan xəbərlər

Mərdəkanda maarifləndirmə tədbiri baş tutub

Press-relizlər
02.02.2018 / 15:28
Ətraflı oxu

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbir keçirilib

Press-relizlər
05.09.2019 / 16:44
Ətraflı oxu

Masallıda “Gənclərin dini radikalizm və digər zərərli vərdişlərdən qorunmasında mənəvi dəyərlərin rolu” mövzusunda seminar-treninq ...

Press-relizlər
28.02.2019 / 16:44
Ətraflı oxu

Komitə sədri Dünya Baptist Alyansı İttifaqının nümayəndələri ilə görüşüb

Press-relizlər
03.09.2019 / 15:51
Ətraflı oxu

Dövlət müşaviri: "Azərbaycan Prezidentinin “Multikulturalizm ili” ilə bağlı dünyaya ötürdüyü siyasi, mənəvi çağırış ünvanına ...

Multikulturalizm
11.01.2017 / 09:48
Ətraflı oxu

Azərbaycan gənci ədalətli sülhün tərəfdarıdır

Press-relizlər
07.09.2017 / 15:06
Ətraflı oxu